» » Prezident küçədə narkomanları belə tutdu-Foto

Prezident küçədə narkomanları belə tutdu-Foto

Bölmə: BLOK XƏBƏR, MANŞET
Prezident küçədə narkomanları belə tutdu-Foto
Çeçenistan lideri Ramzan Kadırov yenidən gündəmə gəlib.

ans press-in məlumatına görə, Kadırov 14 narkomanı sərxoş vəziyyətdə Qroznu küçəsində getdiyi zaman saxlayıb. Kadırov ictimai qınaq məqsədi ilə narkomanları jurnalistlər və ictimaiyyət qarşısında tənbeh edib.

“Belə insanlar güman edirlər ki, öz davranışıyla onlar hakimiyyətə zərər verirlər. Amma narkotiklərdən zərərləri yalnız onların özləri və qohumları görür” - deyə Ramzan Kadırov bildirib.

Daha sonra Ramzan Kadırov 14 narkomanın valideynlərini çağırıb.

"Belə həyat tərzi yalnız cavan insanların özləri üçün deyil, həm də onların əhatəsi üçün zərərlidir. Qeyri-adekvat davranış - narkotiklərin neqativ nəticələrindən biridir. Narkomanlar bir-birini polis əməkdaşlarından tez-tez gizlədirlər” - deyə Kadırov bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler