» » İlhamə Quliyevanın ölməyi üçün cadu etdirənlər kimdir?

İlhamə Quliyevanın ölməyi üçün cadu etdirənlər kimdir?

Bölmə: BLOK XƏBƏR

İlhamə Quliyevanın ölməyi üçün cadu etdirənlər kimdir?“Mənim ölümüm üçün sənət nümayəndələrindən cadu etdirən var”

Bu gün “Hər şey daxil” verilişinin qonağı xalq artisti İlhamə Quliyeva olub. Hər zaman olduğu kimi bu dəfə də primadonna yenə maraqlı açıqlamaları ilə hər kəsi təəccübləndirib.

Belə ki, verlişin əkiz aparıcılarının İlhamə Quliyevaya ünvanladığı “siz caduya, fala, gözə-nəzərə inanırsınız, ya yox?” sualına xalq artistinin cavabı hər kəsi dəhşətə gətirib:

“Gözə çox inanıram. O ki, qaldı caduya, sənət nümayəndələrindən bununla məşğul olanlar var. Hətta bir-ikisini tanıyıram da. Buradan otururlar təyyarəyə, gedirlər Dubaya. Oradan da bir ada var, həmin adaya gedirlər. Adlı-sanlı adamlar üçün qıfıl, düyün elətdirirlər. Biri qadındı, biri kişi. Hələ demirəm adlarını. O da kişi deyil ha, belə də. Amma bir az çaşsalar, özlərini düzgün aparmasalar, açıqlayacam onların ikisinin də adını. Gedib adlı-sanlı insanlara cadu edirlər ki, gözdən salalar, xəstələndirələr, öldürələr. Bu informasiyalar məndə dəqiq insanlardan var. Mənim ölümüm üçün cadu etdirən, falçı yanına gedənlər var. Dəyəri olmayan elə bir insan var i, deyib ki, “Kim İlhamənin ölümünü birinci gəlib mənə desə, ona böyük hədiyyə verəcəm. Amma bu gün özü qarşımda canlı meyitdir. Cadu elətdirənlər var, biri qadındır, biri də “ano”. Özü də Dubayda harada elətdirirlər, kimin yanına gedirlər mənə dəqiqliyi ilə gəlib çatıb. Hələ susuram”.

(gece az)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler