» » İŞİD qarış-qarış irəliləyir-

İŞİD qarış-qarış irəliləyir- Video

Bölmə: BLOK XƏBƏR
İŞİD qarış-qarış irəliləyir-
Suriyanın Kobani şəhərində kürd peşmərgə qüvvələri ilə İŞİD qüvvələri arasında gedən döyüşlər 26-cı gününə qədəm qoyub.

ans tv-nin Türkiyə bürosundan verilən məlumata görə, bu gün səhər saatlarından İŞİD Kobaninin mərkəzini top və tank mərmilərdən atəşə tutub. Gecə səhərə qədər Koalisya qüvvələrinin təyyarələri Kobanin mərkəzində yerləşən İŞİD mövqelərini vursa da, İŞİD yenə irəliləməyə davam edir. Kobanin mərkəzində kürd qüvvələrilə İŞİD qruplaşması arasında 300 metrlik bir məsafə var.

Urfa valisinin rəsmi açıqlamasına görə, indiyə qədər 415 nəfər kürd yaralıları Türkiyəyə gətirilib və Suruç rayonunda onlara ilkin yardım göstərlilib.

Son 10 gün ərzində təxminən 185 min nəfər suriyalı qaçqın Suruç rayonuna gəlib. Qaçqınlar çadır şəhərciklərində yaşayırlar. Üç gün ərzində isə 802 tır burada məskunlaşan qaçqınlara ərzaq gətirib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler