» » Şəmkirin yeni başçısı kimdir? –Sizdə tanış olun

Şəmkirin yeni başçısı kimdir? –Sizdə tanış olun

Bölmə: BLOK XƏBƏR, MANŞET
Şəmkirin yeni başçısı kimdir? –Sizdə tanış olun
Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Şəmkirə yeni icra başçısı təyin olunub.

Xalqinfo.az axar.az-a istinadən xəbər verir ki, Nazim Veyisovun yerinə təyin edilən yeni icra başçısı Alimpaşa Adil oğlu Məmmədov Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışırdı. Bundan öncə isə A.Məmmədov Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin, Səbayıl Vergi İdarəsinin, Sumqayıt şəhəri, Abşeron, Siyəzən, Xızı rayonlarını əhatə edən 2 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində çalışıb. Alimpaşa Məmmədov həm də Güləş Federasiyasının 2 saylı regional nümayəndəliyinin rəhbəridir.

Onun Şəmkir rayonunda hələ ötən ildən başlayaraq, geniş tikinti-quruculuq işləri apardığı və bölgənin abadlaşmasında xüsusi rolu olduğu bildirilir.

Baş vergi xidməti müşaviri olan A.Məmmədov 2010-cu ildə yubiley medalı ilə təltif olunub.

Xatırladaq ki, Vergilər naziri Fazil Məmmədov əslən Şəmkir rayonundandır və Şəmkirin quruculuq-abadlıq işlərinə məsuliyyət daşıyan məmur sayılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler