» » Müsavat haradan maliyyələşir?-Video

Müsavat haradan maliyyələşir?-Video

Bölmə: BLOK XƏBƏR, MANŞET
Müsavat haradan maliyyələşir?-Video
Müsavatda başqan seçkisi bitdi, söz-söhbət bitmədi. Partiyanın başına keçən Arif Hacılı ilə bu posta iddialılar arasında gərginlik, söz savaşı davam eləyir. Başqanlığa keçmiş namizədlər seçki saxtakarlığı ilə barışmır. Tərəfdarları ilə görüş keçirir, sonadək haqqlarını tələb edəcəklərini bəyan eləyirlər. Görünən odur ki, partiya parçalanma ilə üz-üzədir. Seçkini az səs fərqi ilə uduzan Qubad İbadoğlu bir qədər irəli gedərək partiya rəhbərliyindən maliyyə mənbələri, xərcləri barədə hesabat istəyib.

ANS TV-nin məlumatına görə, Qubad İbadoğlu Müsavatın yenidən qurulmasını, partiya üzvlərinin təzədən siyahıya alınmasını, ən əsası isə rəhbərliyə yeni simaların gəlməsinin vaxtı çatdığını düşünür.

“Biz Müsavat partiyasında status-kvonun saxlanmasında maraqlı deyilik. Partiyanın dəyişməsi, yeniləşməsi, eyni zamanda partiyanın işinin yenidə qurulması ilə bağlı töhvsiyələr paketini hazırlamaqla Müsavat partiyasını gücləndirmək istəyirik. Müsavat partiyasını daha sivil, modern, hesabatlı və şəffaf bir partiyaya çevirmək niyyətindəyik”, – deyə Müsavatçı Qubad İbadoğlu vurğulayıb.

Başqanlığa digər iddialı, sonradan namizədliyini Qubad İbadoğlunun xeyrinə geri götürən Səxavət Əlisoy da partiya başqanı Arif Hacılını istefaya çağırıb. Əlisoy sosial şəbəkədə yazıb: “Arif Hacılı saxtakarlığı etiraf et və Müsavatın parçalanmaması üçün istefa ver!”.

Müsavat başqanı Arif Hacılı bütün bu baş verənlərin görüntü xatirinə olduğunu düşünür: "Saxtakarlıq, pozuntular barədə isə partiyaya heç bir rəsmi şikayət daxil olmayıb".

Arif Hacılının sözlərinə görə, bir nəfər istisna olmaqla kimsə partiyadan istefa verdiyini bəyan etməyib: "Ona görə də hansısa ciddi gərginliklərin olması barədə fikirlər şişirdilib. Demokratik quruluşlarda müəyyən fikir ayrılıqların olması, açıq müzakirələrin getməsi təbii bir haldı. Bu pluralizmin bir təzahürüdü. Buna normal yanaşıram. Ancaq Müsavat partiyasında parçalanmalar olmayacaq, Müsavat partiyasının maliyyə mənbələri yoxdur. Bu da mənim hesabatım”.

Arif Hacılının təbirincə, ayın sonu partiyada söz-söhbətlərə son qoyulacaq. Başqan müavinlərini, müşavirlərini təyin edəcək, məclis üzvləri bilinəcək.

Onun başqanlığını həzm edə bilməyənləri yanında görmək istəyəcəkmi? Bax bunu zaman göstərəcək!


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler