» » “Qara Rahilə” həbs olundu –

“Qara Rahilə” həbs olundu – Bakıda

Bölmə: BLOK XƏBƏR
“Qara Rahilə” həbs olundu –
Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində cibgirliklə məşğul olan dəstə saxlanılıb.


Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, cibgirlikdə şübhəli olanlar - Esmira Səfərova, Fərid Şərifzadə, əvvəllər məhkum olunmuşlar Rəhilə İsmayılova, Rauf Əliyev və Elçin XankişiyevSəbail rayonu Z.Əliyeva küçəsində saxlanılıblar.Yaxalanan şəxslərin üzərilərinə baxış keçirilərkən E.Xankişiyevdən 3,75 qram, R.Əliyevdən isə 3,93 qram həşiş qətranı aşkar olunaraq götürülüb.

Araşdırmalar zamanı məlum olub ki, onlar sentyabrın 24-də 11 saylı xətt avtobusunda Bakı şəhər sakini Gülüzə Abışovanın içərisində 40 manat və 6 ədəd bankomat kartı olan pul kisəsini əl çantasından oğurlayıblar.

***

Lent.az xəbər verir ki, yaxalanan arasında olan 60 Rahilə İsmayılova Sumqayıt və Bakıda çoxsaylı oğurluq və cibgirlik əməllərində şübhəli bilinir. O, "oğru" aləmində "Qara Rahilə" kimi tanınır. R.İsmayılov əvvəllər də cibgirlik və narkotik maddə saxladığına görə 10 dəfədən artıq məhkumluq həyatı yaşayıb.

R.İsmayılovanın və onunla birgə yaxalanmış şəxslərin əməlindən ziyan çəkənlərin sayının xeyli çox olduğu bildirilir. Araşdırmalar davam etdirilir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler