» » Bakıda oteldə fahişə cinayəti

Bakıda oteldə fahişə cinayəti

Bölmə: BLOK XƏBƏR
Bakıda oteldə fahişə cinayəti
Bakının Nizami rayonu ərazisində əxlaqsız qadın xidmət göstərəcək kişini qarət edib. Nizami rayon Polis İdarəsi 23-cü polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə sentyabrın 21-də otellərin birində baş verib.

Belə ki, 47 yaşlı B.B. telefonla özünü Aysel kimi qələmə verən qadınla tanış olub. Onlar bir müddət telefon vasitəsilə danışıblar. Özünə etimad qazanan Aysel sonra onuna görüş təyin edib. B.B-yə intim xidmət təklif edən Aysel oteldə görüşmək istədiyini bildirib.

Görüş axşam saatlarında baş tutub. Birlikdə oteldə otaq tutan cütlük bir müddət xoş anlar keçirib. Daha sonra B.B. hamama girib. Hamamdan çıxandan sonra qadının getdiyini görüb. Ciblərinə baxanda isə 3250 manat və 200 dollar pulunu itdiyini bilib. Dərhal qıza zəng vursa da, həmin nömrəyə zəng çatmayıb.

Polisdən ehtimal edirlər ki, B.B-ni qarət edən qadının adı Aysel deyil. Hazırda həmin qadının axtarışları davam edir.
Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler