» » Ərdoğan BMT-ni sərt tənqid etdi

Ərdoğan BMT-ni sərt tənqid etdi

Bölmə: BLOK XƏBƏR
Ərdoğan BMT-ni sərt tənqid etdi
BMT Baş Assambleyasının 69-cu iclasında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-ni kəskin tənqid edib.

Xalqinfo.az-in məlumatına görə, Ərdoğan BMT-ni dünyada baş verən qırğınlarda ittiham edib:

"Uşaqların öldüyü və öldürüldüyü bir dünyada heç kim günahsız deyil, heç kimin də təhlükəsizliyinə zəmanət yoxdur. Bunlara laqeyd qalanlar günahlara açıq aşkar ortaq olmaqdadır. Fələstində uşaqların, qadınların, hətta əlillərin qətlinə dünya seyirçi qalır. Birləşmiş Millətlər Təşkilatının və beynəlxalq təşkilatlardan ümidlərini kəsən kütlələr, çarəsizlik və ümidsizlik içində terrorun tələsinə düşürlər. Hazırda İraqda yaşanan xaos, terror və köçlərə BMT təsirli bir rəftar ortaya qoya bilmir. Bu vəziyyət çox davam edə bilməz".

Türkiyənin terrora münasibətini açıqlayan Ərdoğan hər bir ölkənin ərazi bütövlüyünə hörmət etdiyini deyib:

"Heç bir ölkənin daxili işlərinə qarışmırıq; bölgəmizdəki hər ölkənin ərazi bütövlüyünə hörmət göstərir, bunu güclü şəkildə müdafiə edirik. Burada xüsusilə vurğulamaq istəyirəm ki, Türkiyə terrora dəstək verən, göz yuman bir ölkə deyil, əksinə terrora qarşı ən təsirli mübarizə aparan ölkədir".ans press

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler