» » Bakıda polislə sürücü arasında “ana-bacı” söhbəti-Video

Bakıda polislə sürücü arasında “ana-bacı” söhbəti-Video

Bölmə: BLOK XƏBƏR, MANŞET
Bakıda polislə sürücü arasında “ana-bacı” söhbəti-Video
Xalqinfo.az xəbər verir ki,Bakıda yol hərəkəti qaydalarını pozan sürücü yeni çıxış yolu tapıb. Çətinə düşən kimi qadınları qabağa verir və bu yolla qanunun məsuliyyətindən yaxa qurtarmış olurlar.

Dünən Bakıda sürücü məsuliyyətdən yaxa qurtarmaq üçün polislə davaya çıxıb. Yol polisi qanun pozuntusuna yol verən “Hyundai” markalı avtomobilin sürücüsünü Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 2595-ci məhəllədə saxlamaq istəyib. Sürücü isə tabe olmayaraq maşını saxlamayıb və yol polisi onu təqib edərək maşını qarşısına verməklə dayandırıb.

Bundan sonra sürücü ilə yol polisləri arasında dava düşüb. Sürücü maşını tərk etmək istəməyib, məsələyə sürücünün yanındakı xanım sərnişini qarışıb. Qarşılıqlı söyüş və təhqirlərdən sonra sürücü tabe olmayaraq məsuliyyətdən yayınıb. Yol polisi məcbur vəziyyətdə qalıb sürücünü sərbəst buraxıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, sürücü sərxoş olub. Yol polisi onu nə qədər çalışsa da, sərxoşluq dərəcəsinin ölçülməsi üçün müayinəyə apara bilməyib.
ans

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler