» » Aygün Kazımovanın qardaşına 12 il iş istənildi

Aygün Kazımovanın qardaşına 12 il iş istənildi

Bölmə: BLOK XƏBƏR
Aygün Kazımovanın qardaşına 12 il iş istənildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Aygün Kazımovanın qardaşı Kazım Kazımov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Xalqinfo.az teleqraf.com-a istinadən xəbər verir ki, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Prokuror Kazım Kazımovun 12 il, Yaqub Kiyasovun 11 il, Olqa Polkovanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə sentyabrın 30-da davam edəcək.

Qeyd edək ki, “Əsgəroğlu-K” MMC-nin dələduzluqda təqsirləndirilən direktoru Kazım Kazımov, şirkətin direktor müavini Etibar Əkbərov, satış meneceri Yaqub Kiyasov və mühasib Olqa Polkovanın bundan əvvəl də cinayət işi olub. Belə ki, onlar vətəndaşları aldadaraq xeyli miqdarda pul mənimsəməkdə ittiham olunublar. Əvvəlki cinayət işində 57 zərərçəkmiş şəxs istintaq tərəfindən tanınıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K. Kazımzadə 10 il, Y. Kiyasov 9 il müddətinə azadlıqdan məhrum edilib. Azadlıqda olan O. Polkova isə məhkəmə zalında həbs olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən E. Əkbərov barəsində isə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib. O, 3 ili sınaq müddəti olmaqla, 7 il şərti olaraq azadlıqdan məhrum edilib. Yeni cinayət işində 100-dən çox zərərçəkmiş şəxs var.

Kazım Kazımov Azərbaycanın xalq artisti Aygün Kazımovanın qardaşıdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler