» » Kadırov hicab və saqqala savaş açdı -

Kadırov hicab və saqqala savaş açdı - "Başlarını kəsəcəyik..." /Video

Bölmə: BLOK XƏBƏR
Kadırov hicab və saqqala savaş açdı -
Çeçenistan prezidenti Ramzan Kadırov "Rossiya 1" telekanalında yayılan reportajda, çənə üstünü bağlayan hicablı qadınlara və saqqal saxlayan kişilərə qarşı sərt addımlar atılacağını bildirib.

Avropa.info xəbər verir ki, qəzəbli bir şəkildə danışan Kadırov , onun bu əmrinə qarşı çıxan qadınların küçə ortasında paltarlarının məcburi şəkildə soyundurulacağını bildirib. Kadırov həmçinin saqqal saxlayan kişilərin də sərt şəkildə cəzalandırılacağını qeyd edib:

"Onlar vəhabilərə bənzəmək istəyirlər. Heç bir cinayətləri olmasa belə, onlara bənzəmək istədikləri üçün, saqqalları ilə birlikdə başlarını da kəsəcəyik".

Türkiyə mətbuatının yaydığı məlumata görə, Kadırovun bu açıqlamasından sonra, Kadırova bağlı silahlı dəstə Qroznıda 3 hicablı qadını həbs edib. Çeçenistandakı mənbədən türk mətbuatına verilən məlumatda isə , həbs olunan qadınların sayının 10 olduğu bildirilib. Həbs olunan qadınlardan birinə işgəncə və təcavüz edildiyi qeyd olunur.


Kadırovun söylədiklərinin videosunu təqdim edirik:




Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler