» » Azərbaycanın silah və döyüş texnikası-

Azərbaycanın silah və döyüş texnikası- Video

Bölmə: BLOK XƏBƏR
Azərbaycanın silah və döyüş texnikası-
Bakıda birinci Beynəlxalq Müdafiə Sənayesi sərgisinin açılışı baş tutub. Ölkəmizdə beynəlxalq silah sərgisinin keçirilməsi dünyada strateji tərəfdaşlarımızın artmasından, silah bazarında əldə etdiyimiz əlverişli mövqedən xəbər verir.

ANS TV-nin məlumatına görə, “ADEX-2014” sərgisinə dünyanın inkişaf etmiş ölkələrindən 200-dən çox şirkət qatılıb.

Tədbirdə iştirak edən hərbiçilərin və ekspertlərin xüsusi marağını Türkiyənin məşhur “Raketsan” şirkətinin təqdim etdiyi güclü hava hücumundan müdafiə sistemləri, “Mzraq” tipli orta və uzaq mənzilli raketlər cəlb etdi. Azərbaycanın hərbi sahədə aktiv əməkdaşlıq etdiyi İsrailin “Elbit” şirkəti isə sərgi iştirakçılarına Azərbaycan ordusunun arsenalına artıq daxil edilmiş döyüş modullarını və elektron komanda qərargah sistemlərini sərgiləyirdi.

Dünya silah bazarının nəhənglərindən biri hesab olunan Rusiya sərgiyə “K-52” döyüş-zərbə helikopterini və “BMPT” döyüş maşınını çıxarmışdı. Adətən bu tipli sərgilərə bu cür ağır texnika nadir hallarda çıxarılır və çox vaxt döyüş maşınlarının özləri deyil, maketləri nümayiş olunur.

Rusiyanın, o cümlədən nəhəng “Rosoboroneksport”un sərgidə aktiv təmsil olunması Bakı ilə Moskva arasında hərbi-texniki sahədə əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərir.

Sərginin təşkilatçısı olan Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ev sahibliyi etdiyimiz tədbirə daha çox sayda silah və döyüş texnikası çıxarıb. Onların sırasında ekspertlərin diqqətini xüsusilə öz istehsalımız olan yeni döyüş texnikası, müxtəlif tipli aviabombalar, eləcə də atıcı silahların sırasında həmişə olduğu kimi “İstiqlal” ailəsindən olan müxtəlif tipli snayper tüfəngləri diqqət çəkirdi. Eyni zamanda Azərbaycan istehsalı olan artilleriya silahları, minaatanlar, qumbaraatanlar da diqqət mərkəzində idi.

Müdafiə Sənayesi Nazirliyindən ANS-ə verilən məlumata görə, 3 gün davam edəcək sərgi zamanı bir sıra ölkələrin şirkətləri yeni müqavilələrin imzalanacağı gözlənilir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler