» » 16 yaşlı qızı bütün kənd zorladı

16 yaşlı qızı bütün kənd zorladı

Bölmə: BLOK XƏBƏR
16 yaşlı qızı bütün kənd zorladı
Hindistanın Qərbi Benqal əyaləti, Jalpaiquri şəhəri yaxınlığında yerləşən kənddə faciə baş verib.


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, kəndin aqsaqqal şurasına qarşı hörmtəsizlik etdiyi iddia edilən 16 yaşlı gənc qız, kənd sakinləri tərəfindən toplu zorlandıqdan sonra öldürülüb.

Ölkə mətbuatı qızın traktor borcunu ödəməyən atasının döyülməsinə görə kəndin öndə gedən şəxslərinə qarşı gəldiyi və bu səbəbdən cəzalandırıldığını yazıb.

Adı mətbuata açıqlanmayan qızın davranışı səbəbiylə əvvəl “yerə tüpür, tüpürdüyünü yalama” cəzası verildiyini, ancaq bunu etməyi rədd edincə öldürüldüyü iddia edilir.

Polis rəisi Ceyms Kujur məsələ ilə bağlı mətbuat şərhində “cəsədi olan qızın atası, qızının zorlandığını və öldürüldüyünü deyir. Bu şikayət üzrə 3 nəfər həbs olunub”- dedi.

Qeyd edək ki, Hindistanın Dehli şəhərində bir avtobusda kütləvi zorlanmaya məruz qalan, öldürülən qadının xəbəri dünya mediasını bir-birinə qatmışdı.

AzNews.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler