» » Cəbhədə şiddətli atışma: 11 hərbçimiz şəhid oldu -Yeniləndi

Cəbhədə şiddətli atışma: 11 hərbçimiz şəhid oldu -Yeniləndi

Bölmə: BLOK XƏBƏR, MANŞET
Cəbhədə şiddətli atışma: 11 hərbçimiz şəhid oldu -Yeniləndi
Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 71 dəfə pozulub.

Axar.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen, Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı və Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Noyemberyan rayonunun Dovex, Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçuayrım kəndlərində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz də atəşə məruz qalıb.

Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Baş Qərvənd, Sarıcalı, Qaraqaşlı, Cəvahirli, Kəngərli, Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıl Oba, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Goranboy rayonunun Gülüstan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Xocavənd və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

***

APA-nın verdiyi xəbərə görə isə, gedən şiddətli atışmalar nəticəsində Azərbaycan Ordusunun 8 hərbçisi şəhid olub.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

***

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a itkilərin olduğunu təsdiqləsələr də, dəqiq sayla bağlı məlumat verilməyib.

Nazirliyin rəsmi saytında yerləşdirilən məlumatda düşmənin xeyli itki verdiyi bildirilib:

"İylun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.
Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Təəssüflər olsun ki, Silahlı Qüvvələrimizin bölmələri də itki verib".

***

Verilən digər məlumatda da qeyd olunur ki, iyulun 31-də saat 20.00-da Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu ərazisində düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin 1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir Almazov İsa Ziyad oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

09:46

Bu dəqiqələrdə ANS Press-in yaydığı məlumata görə isə, cəbhə xəttində baş verən şiddətli atışmadan sonra 11 hərbçimiz həlak olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler