» » Təhsil Nazirinin yeni müavini kimdir?

Təhsil Nazirinin yeni müavini kimdir?

Bölmə: BLOK XƏBƏR
Təhsil Nazirinin yeni müavini kimdir?
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 iyul tarixli Sərəncamı ilə Qurbanov Firudin İsa oğlu Azərbaycan Respublikası təhsil nazirinin müavini təyin edilib. Təhsil Nazirliyindən ans press-ə verilən məlumata görə, Firudin Qurbanov 1952-ci ildə anadan olub.

1974-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu xalq təsərrüfatının iqtisadiyyatı, təşkili və planlaşdırılması ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1981-ci ildə iqtisad elmləri namizədi alimlik dərəcəsini, 1988-ci ildə dosent elmi adını alıb.

Əmək fəaliyyətinə 1974-cü ildə Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda başlayıb, 1982-ci ilə kimi burada çalışıb. 1982-1989-cu illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialında, 1989 – 1994-cü illərdə Təhsil Nazirliyinin Dövlət İnspeksiyasında işləyib.

1994–2007-ci illərdə Gənclər və İdman Nazirliyində Elm və təhsil şöbəsinin müdiri, 2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri olub.

2011-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medal ilə təltif olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler