» » Xanım Qafarovanın vəziyyəti ağırlaşdı

Xanım Qafarovanın vəziyyəti ağırlaşdı

Bölmə: BLOK XƏBƏR, MANŞET
Xanım Qafarovanın vəziyyəti ağırlaşdı
Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Xanım Qafarovanın vəziyyəti ağırlaşıb. Əməkdar artistin ailə üzvlərinin ans press-ə verdikləri məlumata görə, hazırda onun vəziyyəti çox ağırdır:

“Sabah İsrailə getməlidir. Sabaha sağ çıxıb-çıxmayacağını bilmirik. Vəziyyəti çox ağırdır”.

Əməkdar artistin ailə üzvü X. Qafarovanın dünyasını dəyişməsi ilə bağlı mətbuatda yayılan məlumatlara da münasibət bildirib: “İndi onun ölməsi barəsində xəbərlər yayılıb. Belə bir şey yoxdur. Lakin vəziyyəti çox ağırdır”.

X.Qafarova ötən gün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə İsrailə müalicə olunmağa gedəcəyini demişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler