» » Keçmiş İcra başcısının oğluna xəbərdarlıq edildi-

Keçmiş İcra başcısının oğluna xəbərdarlıq edildi- Rəsmi

Bölmə: BLOK XƏBƏR
Keçmiş İcra başcısının oğluna xəbərdarlıq edildi-
Azərbaycanın Latviyadakı konsulluğunun birinci katibi, Nicat Sadıqovun öz şəxsi avtomobilinə diplomatik nümayəndəliyə məxsus dövlət nömrə nişanını bağlayaraq diplomat adına yaraşmayan hərəkətlərə yol verilməsi ilə bağlı xəbərlər yayılıb.

ANS TV-nin məlumatına görə, mətbuatda Nicat Sadıqovun Azərbaycana çağırıldığı və onunla həm Xarici İşlər, həm də Milli Təhlükəsizlik nazirliklərində “profilaktik söhbət” aparıldığı deyilir. Nicat Sadıqov Ağdam Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizami Sadıqovun oğludur və mətbuat da bu faktı xüsusi vurğulayır. Məlumatı aydınlaşdırmaq üçün Azərbaycanın Latviyadakı konsulluğunun birinci katibi Nicat Sadıqovla əlaqə saxadıq. O, bu xəbərlərin yalan olduğunu, qəsdən yayıldığını dedi. Diplomatın sözlərinə görə, Vyana Konvensiyasına əsasən diplomatların qırmızı nömrə nişanlı avtomobil idarə etməyə ixtiyari var.

Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev də öz növbəsində diplomatlara qarşı yayılan belə xəbərlərin əsassız olduğunu vurğuladı.

Amma nazirliyin sözçüsü onu da dedi ki, Azərbaycanın xaricdə fəaliyyət göstərən istənilən məmurunun hərəkətləri nəzarət altındadır və ona görə də, Nicat Sadıqovun sosial şəbəkələrdə öz istirahəti və qatıldığı məclislərlə bağlı şəkil paylaşması nizam-intizamın pozulması kimi qiymətləndirilib və ona xəbərdarlıq edilib. Eyni zamanda Xarici İşlər Nazirliyi mətbuata məlumatların kim tərəfindən ötürüldüyünü də araşdırır.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler