» » Bank müdiri həbs edildi

Bank müdiri həbs edildi

Bölmə: BLOK XƏBƏR
Bank müdiri həbs edildi
Azərbaycanda sabiq bank müdiri barəsində həbs qərarı çıxarılıb. Baş Prokurorluğun mətbuat xidmətindən ans press-ə verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “RoyalBank” Açıq Səhmdar Cəmiyyətinin “Qazax” filialının vəzifəli şəxsləri tərəfindən qanunsuzluqlara yol verilməsi faktı üzrə başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Aparılan istintaqla filialın sabiq müdiri Elmir Əsgərovun qulluq mövqeyindən istifadə edərək cəmiyyətin vəzifəli şəxsləri ilə əlbir olub Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən ASC-nin hesabına köçürülmüş 650 min manat məbləğində vəsaiti kənd təsərrüfatı kreditlərinin verilməsi adı ilə digər şəxslərin adına sənədləşdirib həmin vəsaitin 150 min manatını mənimsəməklə “RoyalBank” ASC-yə külli miqdarda ziyan vurmasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler