» » Erməni yazıçının Anarla işi var...

Erməni yazıçının Anarla işi var...

Bölmə: BLOK XƏBƏR
Erməni yazıçının Anarla işi var...
Ermənistanın Tavuş vilayəti merinin sabiq müşaviri, yazıçı Lyubik Çibuxçyan Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olmaq niyyətindədir. ANS PRESS-in məlumatına görə, Çibuxçyan Ermənistan Yazıçılar Birliyi rəhbərliyinin yaxın günlərdə onu qurumun sıralarından kənarlaşdırmaq niyyətində olduğunu açıqlayıb:

“Məni könüllü şəkildə Birliyi tərk etmək səviyyəsinə çatdırırlar. Əgər mən bunu edə bilməsəm belə, onsuz da, onlar bunu mənim əvəzimə edəcəklər. Lakin mən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaq üçün bu quruma müraciət etməyə qərar vermişəm. Mən belə bir addımı atmaq istəmirdim, məni buna məcbur edirlər. Yazıçı həmişə yazıçı olaraq qalır, bunun başqa məsələlərə nə aidiyyatı var?”

Qeyd edək ki, Erməni yazıçısı Lyubik Çibuxçyan “siyasi sığınacaq almaq” xahişi ilə Azərbaycan Prezidentinə müraciət etməyə hazırlaşır, lakin əvvəlcə bu barədə Ermənistan Prezidentini “xəbərdar” edib.

Ermənistanın Tavuş vilayəti qubernatorunun müşaviri vəzifəsində çalışan, yazıçı Lyubik Çibuxçyan BBC-nin İrəvan müxbirinə zəng edib və “siyasi sığınacaq almaq” xahişi ilə Aərbaycan Prezidentinə müraciət etmək qərarına gəldiyini bildirib.

Lyubik Çibuxçyan azərbaycanlı müğənni Elnarə Abdullayevaya 173 səhifəlik poema ithaf edən erməni yazıçıdır.
Şairi bu növ etiraza əl atmağa vadar edən “son damla” yeni vilayət başçısı Hovik Abovyanın ona münasibəti və prezident Serj Sarkisyanın etinasızlığı olub.
Yeni qubernator müşavir xidmətində ehtiyacı olmadığını bildirib və onun vəzifəsini ləğv etmək fikrində olduğuna işarə edib. Çibuxçyan bu barədə Prezident Serj Sarkisyana şikayət məktubu yazıb, lakin prezident aparatından şairin şikayətinə cavab vermək üçün onun məktubunu qubernatora göndəriblər. Qubernator da Çibuxçyanı yanına çağırıb və “öz xoşuna” istefa verməyi təklif edib, qəzet yazır.

13-cü cavabsız məktub
İlham Əliyevə müraciət etməzdən Çibuxçyan Ermənistan Prezidentinə 12 məktub yazıbmış, lakin heç birinə cavab almayıb və növbəti dəfə Serj Sarkisyana açıq məktubla müraciət edib.
Çibuxçyan Eremənistan prezidentinə “13-cü cavabsız məktubunda” hakim partiyanın yaradılmasında, ölkənin müstəqilliyi uğrunda şəxsi əməyini, fəxri ad və mükafatlarını xatırladır.

“Mən müxtəlif ölkələrin 10 qızıl medalı ilə təltif olunmuşam, beynəlxalq akademik adına layiq görülmüşəm. Fransa Akademiyası məni “Qızıl qələm”lə təltif edib. Putin barədə bir cümlə ilə 1226 sətirdən ibarət poemam Ginnes Rekordlar Kitabına daxil edilib...”, - Şibuxşyanın Ermənistan prezidentinə məktubunda deyilir.

Və indi o, iş yerini itirdikdən sonra “cəmisi 30 min dram” (təxminən 73 dollar) təqaüdə yaşamağa məcburdur. Maaşdan başqa onun əlindən daha əvvəl prezident tərəfindən hədiyyə edilmiş 9 il yaşadığı mənzil də alınıb.

“Saxta qızıl medal və saxta mənzil”
Məlum olub ki, prezident tərəfindən Çibuxçyana hədiyyə edilən mənzil xidməti mənzildir.
“Şəhər meri polis əhatəsində gəlib mənzilin açarını əlimdən alıb. Həmin evdə indi Armekonombank yerləşir”, - Çibuxçyanın Ermənistan prezidentinə açıq məktubunda deyilir.
Cibuxçyan əvvəlki qubernator tərəfindən də “aldadıldığını” bildirir. “O, guya mənə fərdi pensiya vermək və ofis yeri və pul ayırmaq, eləcə də yeni fəxri ad üçün irəli sürmək haqqında üç dəfə sizə sənədlər təqdim etdiyini bildirib. Lakin bunların hamısı yalandır”, - qəzet Çibuxçyanın məktubundan sitat gətirir.

Çibuxçyan əməkdar incəsənət xadimi adına layiq görünüb təltif olunduğu qızıl medalı da prezidentə qaytarıb. “Medalı təmizləyəndə onun üst layı qopub və dəmirdən düzəldildiyi aşkar olub...”, - yazır və medalı prezidentə qaytardığını bildirir.

“Elnarə” təhlükəsi
Qəzet Lyubik Çibuxçyanın “Elnarə” kitabı çap olunduqdan sonra “çoxsaylı təhdidlər” aldığını bildirir. Yazıçı gileylənib ki, dekabrda kitab çapdan çıxandan sonra İcevanda “Qazel” tipli mikroavtobusu onun həyat yoldaşının üstünə sürüblər.

“Yeganə abırlı adam”
Çibuxçyan prezidentə ünvanlanan çoxsəhifəli açıq məktubunu “ölkədə qalan bir neçə yaxşı adama pislik etməyin: siz gedərsiniz, onlar qalandır” öyüd-nəsihətilə başa vurur.
“Ermənistanda tək bir adamda abır-həya qalıbsa, o da - mənəm, və mən sizinlə bir millətə mənsub olduğum üçün xəcalət çəkirəm. Mən Azərbaycanda siyasi sığınacaq istəməyə hazırlaşıram, bəlkə mənə düşmən ölkədə bir neçə xeyirxah tapılsın”, - Çibuxçyanın açıq məktubunu “Aravot” qəzeti iqtibas edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler