» » Dostları göz önündə can verdi

Dostları göz önündə can verdi

Bölmə: BLOK XƏBƏR
Dostları göz önündə can verdi
Spirtli içki qəbul edərək çimməyə gedən Göyçay rayon sakini su kanalında boğulub. Hadisə rayonun Qaraxıdır kəndində baş verib.

ans press-in məlumatına görə, hadisəni EL TV işıqlandırıb. 27 yaşlı Elşad Həmidov yaşadığı kənddə keçirilən toy mərasimində dostları ilə yeyib-içdikdən sonra onlarla birgə yaxınlıqdakı su kanalında çimməyə gedib. Spirtli içki qəbul edən Elşad Həmidov dostları ilə kanalda çimərkən qəflətən suda boğulub.

Hadisə şahidlərinin sözlərinə görə, gənclərin hamısı spirtli içki qəbul etdikləri üçün boğulana kömək edə bilməyiblər.

Kəndə çağırılan Göyçay Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri də bir uşaq atası olan Elşad Həmidovun həyatını xilas edə bilməyiblər. Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler