» » Azərbaycanda müğənni öldü

Azərbaycanda müğənni öldü

Bölmə: BLOK XƏBƏR
Azərbaycanda müğənni öldü

Bu gün Bakı-Astara yolunun Musaküçə kəndi ərazisindən keçən hissəsində yol nəqliyat qəzası baş verib.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, Masallı sakini, 41 yaşlı Rövşən Mürüvvət oğlu Həşimovun idarə etdiyi minik avtomobili idarəetməni itirərək yolun qırağındakı palıd ağacına çırpılıb.

Güclü zərbə nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və Səhiyyə Nazirliyinin Masallı Regional Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunublar. Onların səyləri ilə sürücünün meyiti xüsusi alət və avadanlıqların köməyi ilə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparılır.

Qeyd edək ki, qəzada ölən R. Həşimov cənub bölgəsinin tanınmış müğənnilərindən sayılır. O, ANS TV-də keçirilən “Toylar kralı”nın iştirakçısı olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler