» » Fərhad Əliyevin keçmiş xanımı və qızı-

Fərhad Əliyevin keçmiş xanımı və qızı- Fotolar

Bölmə: BLOK XƏBƏR
Fərhad Əliyevin keçmiş xanımı və qızı-
Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevin keçmiş həyat yoldaşı Sara Əliyeva müsahibə verib. ANS PRESS sevimlibala.az saytına müsahibənin bir hissəsini təqdim edir:

- Sara, sizin on yaşında qızınız var. Aktiv fəaliyyətinizi uşağın tərbiyəsi ilə necə birləşdirirsiniz? Vaxtınız çatırmı?
- Bilirsinizmi, qızımın da çox fəal qrafiki var. O, saat üçə qədər məktəbdə olur, sonra musiqi ilə məşğul olur, bir ara gimnastikaya gedirdi, oxu və riyaziyyatla məşğul olur. Səhərlər mən onu məktəbə yola salıram və biz yalnız axşam evə qayıdanda görüşürük.

- Hamiləlik dövrünü necə keçirmisiniz? Gələcək analar üçün mağazalara gedirdinizmi?
- Hamiləliyim yaxşı keçib, 9 ayına qədər üzmüşəm, təyyarə ilə səfərlərə çıxmışam, piyada çox gəzmişəm, amma gələcək analar üçün mağazalara getməmişəm, onları heç sevmirəm. Oradan yalnız şalvar alırdım, qalan şeyləri isə adi mağazalardan əldə edirdim.

- Ana olmağınız sizi dəyişdirdi?
– Əlbəttə, axı ana olduqdan sonra başqa bir insanın həyatının səndən asılı olduğunu başa düşürsən. Sən öz uşağın üçün yaşamağa başlayırsan, onun qrafikindən asılı olursan.

- Uşaqlar üçün cizgi filmləri və kitablar uşağın inkişafına təsir göstərir. Sara böyüdükcə Siz onları seçirdinizmi?
- Bəli, axı onlar həm tərbiyələndirir, həm də uşağın təhsili onlardan başlanır. Qızımın 4 yaşına qədər mən ona xarici cizgi filmlərinə baxmağa icazə vermirdim. O, sovet cizgi filmlərinə baxaraq böyüyüb. Onun üçün kitabları da diqqətlə seçirdim, ona nağıllar oxuyurdum, 4 yaşında isə o, özü oxumağa başlayıb. Yeri gəlmişkən deyim ki, bu yaxınlarda psixoloqla söhbət zamanı öyrəndim ki, uşaqlara xeyirlə şərin mübarizəsi motivləri olan nağılları danışmaqdan çəkinmək lazım deyil. Uşaq bu barədə bilməlidir və əgər valideynləri ona nağılı evdə, təhlükədən qorunduğu yerdə oxuyurlarsa, o, bunu düzgün qavrayacaq və real həyata hazır olacaq.

- Asudə vaxtınızı qızınızla birgə necə keçirməyi xoşlayırsınız?
- Biz birlikdə köhnə filmlərə baxmağı xoşlayırıq. Bu yaxınlarda Adriano Çelentanonun iştirakı ilə filmlərə baxdıq, onun çox xoşuna gəldi. “Roma tətilləri” filmi qızımın çox xoşuna gəlir və onun səkkiz yaşı olanda hədiyyə olaraq , onu Romaya aparmaq qərarına gəldik. Burada o, kinofilmin çəkildiyi bütün yerlərdə oldu. Amerikaya səfərimiz də yaddaqalan olub. Qızım Hollivudu görməyi çox arzulayırdı və onda böyük təəssüratlar oyandı. Yeni ildə Rio-de-Janeyroya getmək hələ də xəyalımızdadır.

- Siz çox gözəl görünürsünüz, gözəllik sirlərinizi bölüşərdiniz.
- Üzümə gəldikdə, mənim dərim qurudur və çox vaxt zeytun yağından istifadə edirəm. Susuz qala bilmirəm. Ümumiyyətlə, düşünürəm ki, hər gün özünə: idmana, massaja, hər hansı proseduralara heç olmasa bir saat vaxt ayırmaq lazımdır.

- İdmanla dostluq edirsiniz?
- Bir vaxtlar mən kikboksinqlə məşğul olurdum və gözlənilməz olsa da, bu, mənim çox xoşuma gəldi: enerjinin çıxarılması və adrenalin. Təzədən məşqlərə başlamağı düşünürəm.

- Yeməkdə nələrə üstünlük verirsiniz?
- Demək olar ki, ət yemirəm, lakin un məmulatlarını, şirniyyatı sevirəm və özümü saxlaya bilmirəm (gülümsəyir). Yağlı yeməkləri, kremləri sevmirəm, lakin şokoladı, manqalda bişirilmiş tərəvəzi, müxtəlif pendir növlərini sevirəm, buna görə də orqanizmimdə, yəqin ki, balans var.

Xatırladaq ki, Sara Əliyevanın keçmiş həyat yoldaşı Fərhad Əliyev hazırda azərbaycanlı müğənni Safurə Əlizadə ilə evlidir. Onlar ailə həyatı qurduqdan sonra Türkiyədə yaşayırlar.
Fərhad Əliyevin keçmiş xanımı və qızı-
Fərhad Əliyevin keçmiş xanımı və qızı-
Fərhad Əliyevin keçmiş xanımı və qızı-
Fərhad Əliyevin keçmiş xanımı və qızı-
Fərhad Əliyevin keçmiş xanımı və qızı-
Fərhad Əliyevin keçmiş xanımı və qızı-
Fərhad Əliyevin keçmiş xanımı və qızı-

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler