» » Vəhabilərə qarşı döyüşən qadın millət vəkili

Vəhabilərə qarşı döyüşən qadın millət vəkili (FOTO)

Bölmə: BLOK XƏBƏR
Vəhabilərə qarşı döyüşən qadın millət vəkili
Mosulun işğalından sonra kürdlərdən ibarət yerli hakimiyyət İŞİD-la mübarizə məqsədilə İraqa 50 minlik döyüşçü heyəti göndərib.

ANS PRESS-in məlumatına görə, Mahmur bölgəsində İraq ordusu ilə birlikdə döyüşən 50 minlik heyət kəşfiyyat üçün bölgəyə gələn silahlılarla üz-üzə gəliblər.

İraq ordusunun texnikalarla hücumunu gördükdən sonra İŞİD döyüçüləri həmin ərazini tərk ediblər.

Kürdlərdən ibarət yeli hakimiyyəti təmsil edən bir qrup millət vəkili də türk sürücülərinin girov götülüdüyü Geyara adlanan əraziyə gəliblər.

Onların içərəsində 29 yaşlı qadın millət vəkili Avaz Hamidinin də olduğu bildilir. Qadın millət vəkilinin belindəki silahla çəkilən fotosu hər kəsin diqqətini özünə cəlb edib.

Qeyd edək ki, İraq hökuməti Mosul şəhərində yaşanan gərginliklə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. Mosul şəhərində İraq-Şam İslam Dövləti silahlıları ilə hökumət qüvvələri arasında başlayan qarşıdurmalar geniş vüsət alıb. İŞİD silahlıları Mosul şəhərində rəhbərliyi tamamilə ələ keçirdiklərini bəyan ediblər.

Ölkənin baş naziri Nuri əl-Maliki fövqəladə vəziyyətlə əlaqədar kişiləri orduya çağırıb. Maliki həmçinin Birləşmiş Millətlər Təşkilatı və Ərəb Liqasından terrorizmə qarşı mübarizədə dəstək gözlədiyini bildirib.
Vəhabilərə qarşı döyüşən qadın millət vəkili

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler