» » Azərbaycanda Boşanmaların

Azərbaycanda Boşanmaların sayı artıb

Bölmə: BLOK XƏBƏR
Azərbaycanda BoşanmalarınSon 21 il ərzində Azərbaycanda boşanmaların sayı artıb.


Xalqinfo.az Oxu.az-a istinadən xəbər verir ki, Trend-in Dövlət Statistika Komitəsinin göstəricilərinə istinadən verdiyi məlumata görə, 1995-ci ildə Azərbaycanda rəsmi orqanlar tərəfindən 5669, 2005-ci ildə 8895, 2011-ci ildə 10747, 2012-ci ildə 11087, 2013-cü ildə 11730, 2014-cü ildə 12088, 2015-ci ildə 12764 boşanma qeydə alınıb.

Azərbaycanda ötən il boşanma hallarının yarısı - 6950-si uşağı olmayan ailələrdə qeydə alınır. Ötən ilki boşanmaların 2838-i bir uşağı, 2976-sı iki və daha çox uşağı olan ailələr tərəfindən qeydə alınıb.

Ötən il 1 uşaqlı, iki və daha çox uşağı olan ailələr tərəfindən qeydə alınan boşanmaların sayı artıb.

Boşanmış uşaqlı ailələrdə olan uşaqların sayı 9378 olub. Onların 6540-sı iki və daha çox uşağı olan ailələrin övladlarıdır.

Ötən il 9378 uşaq boşanma nəticəsində valideynlərinin biri ilə qalıb.

Ölkə üzrə olan bütün boşanmaların 4253-ü Bakının, 820-si Abşeron iqtisadi rayonunun, 1877-i Gəncə-Qazax, 636-ı Şəki-Zaqatala, 586-sı Lənkəran, 598-i Quba-Xaçmaz, 2012-i Aran, 916-sı Yuxarı Qarabağ, 435-i Kəlbəcər-Laçın, 299-u Dağlıq Şirvan, 332-i Naxçıvan Muxtar Respublikasının payına düşür.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler