Xamneyinin ölüm xəbəri yayıldıBölmə: BLOK XƏBƏR, MANŞET
İranın Ali dini lideri, neçə vaxtdır ağır xəstə olan ayətullah Əli Xamneyinin öldüyü haqda xəbərlər yayılıb. Xalqinfo.az Virtualaz.org-a istinadən xəbər verir ki, Xamneyinin öldüyü haqda məlumatı əvvəlcə İsrail kəşfiyyatına yaxın “Debka” saytı “Ərəb Körfəzi regionu sosial mediasına” istinadən yayıb, eyni zamanda bunun rəsmən təsdiqlənməyən məlumat olduğu vurğulanıb. Daha sonra Türkiyənin hökumətə yaxın “Yeni Şafak” qəzetinin müxbiri Yılmaz Bilgen də özünün Twitter bloqunda Xamneyinin vəfatı barədə məlumat aldığını yazıb. Lakin dini liderin vəfatı barədə xəbərlərə İran hələlik şərh vermir. Əli Xamneyi 1939-cu ildə anadan olub, milliyətcə azərbaycanlıdır. Neçə vaxtdır ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi və məlumatlara görə yataq xəstəsi idi. İranda dini lider ən ali hakimiyyət səlahiyyətlərinə malik şəxsidir və silahlı qüvvələrin baş komandanıdır. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|