» » Bu dəfə oğurluqda ittiham olundu-

Bu dəfə oğurluqda ittiham olundu- video

Bölmə: BLOK XƏBƏR
Bu dəfə oğurluqda ittiham olundu-
Türkiyənin məşhur müğənnisi Ebru Polat azərbaycanlı həmkarına təklif olunan maraqlı ideyanı oğurlayıb.


“Xalqinfo”nun məlumatına görə, bu barədə layihənin hazırlanmasında yaxından iştirak edən, amma adının açıqlanmasını istəyəmən məşhur Türkiyə vətəndaşı məlumat verib.

O, bildirib ki, söhbət Türkiyənin klassik mahnılarından olan “Çilli bom”dan gedir. Belə ki, mahnı Ebru Polat üçün deyil, məhz azərbaycanlı müğənni Sabrina üçün yeni aranjemanda hazırlanıb və mahnıya klip çəkilib:

“Əvvəl Sabrina ilə görüş oldu və türk sənətçiləri onun ifasını bəyəndilər. Daha sonra Türkiyənin məşhur prodüserlərindən biri Sabrinaya “Çilli bom” mahnısını yeni aranjemanda hazırlayıb ifa etməyi və xüsusi görkəmdə müğənninin iştirakıyla mahnıya klip çəkilməsi təklif olundu. Təklifi müğənni qəbul etdi və işə başlanıldı. Müqavilə də imzalandı. 40 ilin mahnısı olan “Çilli Bom”un sözlərində də dəyişilik edilərək, “Çilli bom” “Boom, boom” adlandırıldı. Mahnının sözlərinin müəllifi Ülkü Akerdir. Bu hadisə 2013-cü ildə olub”.

E.Polatın bu ideyanın necə oğurlamasına açıqlama verən şəxs qeyd edib ki, müğənni ilə prodüserin səmimi münasibətləri bu ideyanın oğurlanmasıyla nəticələnib. Müğənni oğurladığı ideyanı bu ilə təqdim edib:

“Ebru Polat ideyanı tamamilə mənimsəyib və Sabrina ilə necə danışılmışdısa, o cürdə həyata keçirib. Müğənni oğurluq layihəsiylə bağlı müsahibələrində söyləyib ki, Türkiyənin “Yeşilçam” kinostudiyasının mahir aktrisası olan Adilə Naşidin illər əvvəl “Hababam sinifi” filmində ifa etdiyi “Çilli bom” mahnısını yenidən hazırlayıb və mahnını aktrisanın xatirəsinə həsr edib.

E.Polat mahnını İstanbulda verdiyi konsert proqramında səsləndirib. Üstəlik, mahnını yeni albomuna daxil edib”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler