» » Azərbaycan Diasporu hücuma hazırlaşır-

Azərbaycan Diasporu hücuma hazırlaşır- Fotolar

Bölmə: BLOK XƏBƏR
Azərbaycan Diasporu hücuma hazırlaşır-
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi Frankfurt şəhərində Almaniyadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə görüşüb.


"Xalqinfo" xəbər verir ki, görüşdə çıxış edən komitənin Avropa regionu şöbəsinin müdiri İlham Məmmədov bildirib ki, görüşün məqsədi diaspor təşkilatları qarşısında qoyulan vəzifələri müzakirə etməkdir.

Onun sözlərinə görə, gələn il erməni diasporunun qondarma “erməni soyqırımı”nın 100 illiyi və 2015-ci il I Avropa Oyunları ilə bağlı Azərbaycan diaspor təşkilatlarının üzərinə böyük vəzifə düşür.

İ.Məmmədov bildirib ki, qondarma “erməni soyqırımı” ilə bağlı Ermənistan diaspor təşkilatlarının təbliğatına qarşı Azərbaycan diaspor təşkilatları əks tədbirlər keçirməlidir. Eyni zamanda Azərbaycanı sevməyən qüvvələrin I Avropa Oyunları zamanı ölkəmizə qarşı qara piar kampaniyasının qarşısı Azərbaycan diaspor təşkilatları tərəfindən alınmalıdır.

Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov isə çıxışında qeyd edib ki, Azərbaycan diasporası dərnək fəaliyyəti səviyyəsindən akademik fəaliyyətə keçib. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının regional korrdinasiya mərkəzləri yaradılır. Artıq Almaniya və Ukraynada Azərbaycan diaspor təşkilatları ilə birgə bu mərkəzlərin yaradılması nəzərdə tutulub. Ümumiyyətlə, yaxın zamanlarda 8 ölkədə bu mərkəzlərin yaradılması gözlənilir.

Görüşdə erməni diasporunun qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı Avropa ölkələrində fəaliyyətinə qarşı mübarizə aparılması, Avropa ölkələrinin parlamentlərində qondarma "erməni soyqırımı"na dair qətnamələrin qəbul olunmasının qarşısının alınması istiqamətində fəaliyyətin istiqamətləri və Avropada yaşayan azərbaycanlıların ictimai-siyasi həyatda iştirakının təmin olunması sahəsindəki problemlər müzakirə edilib.

Toplantıda 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya oyunları zamanı Azərbaycanın beynəlxalq aləmdə turizm potensialının, iqtisadiyyatının və zəngin mədəni irsinin təbliği məqsədilə Avropada fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən müxtəlif kampaniyaların təşkili ilə bağlı da geniş fikir mübadiləs aparılıb.

Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samirə Patzer-İsmayılova bəzi Avropa ölkələrində Azərbaycana qarşı ikili standartların müşahidə olunduğunu bildirib. Samira Patzer-İsmayılova bildirib ki, diaspor təşkilatları öz işini elə qurmalıdır ki, alman cəmiyyəti Azərbaycan haqqında düzgün informasiya ala bilsin.

Mains-Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür Azərbaycan diaspor təşkilatlarının siyasi partiyalarda iştirakını vacib sayıb. Təşkilatları bu istiqamətdə aktiv iş görməyə çağırıb.

Tədbirdə çıxış edən Alman-Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin sədri Rasim Sadıqov təkilf edib ki, almanların Azərbaycana köçürülməsinin 195 illiyi ilə əlaqədar hər iki ölkənin bir neçə şəhərində hər iki millətin təmsilçilərinin iştitakı ilə mədəni kütləvi tədbirlər keçirməklə bu tarixi geniş qeyd etmək olar.

Alman-Azərbaycan Gənclər Birliyinin sədri Elnur Rixter azərbaycanlı gənclərin diaspor fəaliyyətləri və qarşılaşdığı problemlərdən danışıb. Almaniyada Xəzər Cəmiyyətinin sdəri Etibar Qəniyev isə media ilə yerli media ilə əlaqləlrin gücləndirilıməsinin vacibliyini vurğulayıb.

Diaspor fəalı Kəmalə İsgəndərova isə şagird mübadiləsinin reallaşdırılmasını təklif edib. O deyib ki, çalışdığı orta məktəbin bir qrup müəllim və şagirdinin azərbaycana 2-3 həftəlik səfirinin təşkili Azərbaycanın təbliği baxımından faydalı və əhəmiyyətli ola bilər.

Almaniyadakı diaspor təşkilatı rəhbərlərinin fikirlərini dinləyən Dövlət Komitəsinin nümayəndələri onların bütün təkliflərinin nəzərə alınacağını, Dövlət Komitəsinin səlahiyyətində olmayan məsələlərlə bağlı müvafiq qurumlara müraciət ediləcəyini bildiriblər.qafqazinfo

Azərbaycan Diasporu hücuma hazırlaşır-
Azərbaycan Diasporu hücuma hazırlaşır-

Şərh Yaz
ŞƏRH(1)

Akif 31 may 2014 19:52
Hallaldir bizi diaspor heyetine.salamlar diaspor heyetine.
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler