» » QARABAĞIM GƏLMİŞİK...!

QARABAĞIM GƏLMİŞİK...!

Bölmə: BLOK XƏBƏR, Köşə
QARABAĞIM  GƏLMİŞİK...!
Azərbaycanın tanınmış jurnalisti Gülşən Behbud "QARABAĞIM GƏLMİŞİK;...! adlı şerini Xalqinfo.az-a təqdim edib.
Adı çəkilən şeri əziz oxuculara təqdim edirik.

QARABAĞIM GƏLMİŞİK...!

Elim-obam ,Vətən... deyib gəlmişik,
Həsrətinlə kövrəlmişik, bitmişik!
İgidlərin çəpərləşip,nərləşip,
Qarabagım qucagına gəlmişik...!

Neçə igid torpagına qarışıb,
Göz yaşıyla bitmişik, tükənmişik!
Pərən-pərən olub səpələnmişik...
Qarabagım qucagına gəlmişik!

Qoynundan ayrılan çaşqın körpələr,
İgid əsgər olub... daha gəncləşib!
Vətən- deyir hər kəs... bütövləşmişik,
Qarabagım qucagına gəlmişik!

Şadlan yurdum, oyan torpaq...!
Ölmüşidik... dirilmişik...
Sevin bu yaz ...müjdələrlə...
Qarabagım, Qarabagım Gəlmişik!

Oyan şəhid ruhları, oyan anam , qardaşım...
Şad xəbərlə... ziyarətə gəlmişik...
Yag ey yagış, təmizlənsin baş daşları
Qan, deyil...
göz yaşımız bu torpaga qarışsın!

Tut agacı, necesen, yelləncəyim bəs hanı,
Ay ana sən hardasan, qonum-qonşu hardadır...
Atamın gəzişdiyi ...çəpər boyu izləri,
Aç gözünü ay qardaş... xəbərin var ...
Gəlmişik....

Bulaqlar yerindəmi, gedib sərinlənərik,
Doya-doya yuyunub, doya -doya içərik...
Kölgəsində dayanıb , hərdən daşladıgımız,
hanı armud agacı... xəbərin var ...
Gəlmişik!

Akasiya agacı hanı tumurcuqların,
Atam səni qoxlayıb nəfəsinə çəkərdi...
Hanı qardaşlarımın ştankları, daşları
Ay atam, ay qardaşım ... xəbərin var
Gəlmişik!

Eyvana qalxan güllər,kola-kosa dönüblər,
Pəncərələr açılmır.... başın yerə əyiblər...
Hanı nərgiz güllərim ... siz harda gizlənmisiz
Xəbərim var... sizlərə çıxın daha gəlmişik....!

Xarabaya çevrilən yamacımız- yolumuz,
Dərdlərə dərman olan quruyub “Cam-Cam”ımız...
Ətirlənin, güllənin sevinin ay obamız...
Agdamımız, Şuşamız, Kəlbəcərim ....
Gəlmişik!

Taxılacaq Xankəndə üç rəngli bayragımız
Dastana çevriləcək yenə Qarabagımız!
Dünyaya səs salacaq Azərbaycan adımız
Birləşin Türk Dünyası....
deye –deye gəlmişik!

Gülşən BEHBUD
04.04 2016


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler