» » Cəbhədə hazırda vəziyyət necədir? -

Cəbhədə hazırda vəziyyət necədir? - Nazirlikdən açıqlama

Bölmə: BLOK XƏBƏR
Cəbhədə hazırda vəziyyət necədir? -

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyə stabilləşib.

"Xalqinfo" xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Trend-ə bildirib ki, cəbhə xəttində vəziyyət stabilləşib, atışma hələlik dayanıb.

Qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələrinin zərbələri nəticəsində düşmən susdurulub.

Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.

Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler