» » Ceyhun Osmanlının erotik kino biznesi-

Ceyhun Osmanlının erotik kino biznesi- Fotolar

Bölmə: BLOK XƏBƏR, MANŞET
Ceyhun Osmanlının erotik kino biznesi-
Deputat Ceyhun Osmanlı özünə yeni məşğuliyyət sahəsi tapıb. Bu, kino sahəsidir.


“XALQİNFO” Virtualaz.org-a istinadən xəbər verir ki, deputat hələ bir həftə öncə mətbuata açıqlamasında hazırda iki filmin hazırlığı üzərində iş getdiyini demişdi.

Sitat: “Son dövrlərdə parlament fəaliyyətimlə yanaşı film sektoru da məni çox dərindən maraqlandırır. Beynəlxalq səviyyəli bir bədii filmin çəkilişlərini artıq başa çatdırdıq. Artıq Londonda filmin təqdimatı oldu. Hazırda ulu öndərimiz Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı beynəlxalq əhəmiyyətli bir sənədli filmin çəklişlərini başa çatdırırıq. Bu işlər beynəlxalq bir qrupla həyata keçirilir. “Osmanlifilm” kinoşirkəti Xocalı soyqırımı ilə bağlı “Discovery” formatında sənədli filmin hazırlığı üzərində işlər görür. Hazırda parlament fəaliyyətimə paralel olaraq yaradıcı işlərlə, xüsusi ilə beynəlxalq əhəmiyyətli filmlərin istehsalı ilə məşğulam”.

Ceyhun Osmanlı bu işlərin yayda başa çatacağını bildirib. Deyib ki, sentyabrın sonunda təqdimat mərasimləri keçiriləcək.

Bəlkə də belədir. Amma...

Əslində isə gənc azərbaycanlı inqilabçıların özünü təsdiqləyə bilməyən “lideri” nəinki sadəcə yalan danışırdı, həm də vicdansızcasına günahlar işləyirdi.

Özünü gözdən salan bu şəxs bir qədər pauza verəndən sonra bu rüsvayçılığı üzərindən götürməyə qərar verdi. Ağlına isə adı dünyada hörmətlə çəkilən böyük və nüfuzlu şəxsiyyətin adı ətrafında spekulyasiyalara başlamaqdan, aşkar alverə girməkdən başqa şey gəlmədi...

“Azərbaycanın imamcığazı” Elnur Aslanovun müavininin istedadsızlığı və təfəkkür tərzinin primitivliyi özünü burada da göstərdi. Onun “Discovery” formatında təqdim etdiyi filmə baxmaq kifayətdir. Adamın kinematoqrafiya sahəsindən zərrə qədər də məlumatının olmadığı o dəqiqə bəlli olur.

Guya çəkilib Londonda göstərilən bədii filmə gəlincə isə biz nurçu C.Osmanlının bu filmi lentə almaq üçün lazım gələn milyonları haradan almasını hələ bir qırağa qoyur və başqa məsələ ilə maraqlanırıq: belə bir film doğrudanmı olub?

Uzun araşdırmalardan sonra bu qənaətə gəlmək olar ki, söhbət bir vaxtlar ANS-də anons edilən “Qafqaz” filmindən gedir. Həmin filmin titrində rejissor olaraq hansısa bir İsa Aydının adı keçir. “İsa Aydın Production” şirkətini təmsil edən bu İsa Aydın isə Ceyhun Osmanlının qaynıdır...

C.Osmanlıya fantaziyalarının məhsulu olan bu filmi reklam etməkdə və onu beynəlxalq arenaya çıxarmaqda deputatın yaxın qohumu, ANS-in Vaşinqton müxbiri Sevinc Osmanqızı yardım göstərib. C.Osmanlı yerli teleməkanda məhz xanım qohumunun qrant almağa hesablanmış “Açıq söhbət” teleproqramı vasitəsilə “raskrutka” olundu. Osmanlı-Osmanqızı-Aydın üçbucağının praqmatik əlaqəsi göz önündədir...

Burada meydana başqa bir sual da çıxır: ümummilli lider Heydər Əliyev haqda film çəkmək kimi məsuliyyətli bir işə girişmək icazəsini buna nə mənəvi haqqı, nə zəruri və müvafiq yaradıcılıq potensialı, nə də kino çəkmək təcrübəsi olmayan Ceyhun Osmanlıya kim verib? Bununla da heç kim maraqlanmayıbmı ki, çəkilişlərə cəlb olunan bu “beynəlxalq qrup” nədir, nəçidir, kimdir, kimsənədir? Heydər Əliyev haqda materialları o qrupa kim verib? Bu materiallar hansı məzmuna və xarakterə malikdir? Heydər Əliyevlə bağlı Azərbaycanın özündə AzTV, “Space” və digər yaradıcılıq birliklərinin peşəkarları tərəfindən çəkilmiş yerli sənədli filmlərin nəyi və harası C.Osmanlının xoşuna gəlmir, onu qane etmir?



C.Osmanlının heç vaxt həyata keçməyən layihələrdəki oğurluq və mənimsəmədə əlinin olduğunu bilə-bilə ona bu işi görmək üçün kimlər və niyə maliyyə ayırmaqda davam edir? Kino sənətindən uzaq olan, bu sahəyə əslində heç bir dəxli olmayan deputata sponsorluq edənlərin bu hərəkəti nə qədər ağıllı və doğrudur? Maraqlıdır, həmin səxavət yiyələri kimdir? Onlar Osmanlının bəlkə elə keçmiş himayədarlarıdır?!

İndi baxaq görək bu şarlatan deputat öz “beynəlxalq layihəsi” ilə cəmiyyəti necə axmaq yerinə qoymağa çalışırdı.

Bu ilin fevralında C.Osmanlı hay-küylə deyirdi ki, “Qafqaz” filminin Londonda premyerası olub və film yaxın vaxtlarda Türkiyədə də göstəriləcək. O, bu filmi özünün “Osmanlifilm Produstion” şirkətinin adına çıxırdı. “İmamcığaz” Elnur Aslanovun nəzarəti altındakı KİV-də isə film ətrafında təbliğat kampaniyası aparılırdı.

Görünür, bu vaxta qədər mənimsədikləri pullar Aslanov-Osmanlı cütlüyünə bəs eləmirdi. Könüllərinə indi də dövlət pulları hesabına Londona, Hollivuda, Rio-de-Janeyroya müftə səfərlər düşmüşdü...

Osmanlının yaxın qohumu, ABŞ Federal Təhqiqatlar Bürosunun müəyyən strukturları ilə əlaqəsi olan Sevinc Osmanqızı nurçu deputata kinorejissor və kinoprodüser olmaqda yardımını əsirgəmədi. E.Aslanovun 1news.az saytı vasitəsilə isə təbliğat kampaniyası başlamışdı. “Sevinc Osmanqızı & Ceyhun Osmanlı” ailə ittifaqının yaradıcı obrazı ictimai şüura yeridilməkdə idi...

Amma müstəqil qərarlar verə və müstəqil düşünə bilməyən zəif Aslanov burada ciddi səhvə yol verdi. 1news.az saytı onda belə xəbər yaydı ki, “Qafqaz” filmini “Osmanlifilm” və “GulerYuz Film” şirkətləri birgə çəkiblər, filmin ssenari müəllifi və baş prodüseri deputat Ceyhun Osmanlı, sponsoru isı İstanbuldakı “HASEN” Qafqaz Strateji Araşdırmalar İnstitutudur...

Əslində isə məlum olan budur ki, birincisi, C.Osmanlı heç bir ssenari-filan yazmayıb. Bu halda 1news.az bu istedadsız adamdan hansı pulların, kimin pulları müqabilində və niyə yaradıcı insan obrazı yaradırdı?

İkincisi, o da məlum olub ki, “Osmanlifilm” adlı şirkət ümumiyyətlə yerli-dibli mövcud olmayıb (amma əgər bu şirkətin doğrudan da yaradılması və “İrəli”nin pulları hesabına fəaliyyət göstərməsi faktı üzə çıxsa, bu da təəccüblü gəlməz).

Amma baxın görün “Osmanlifilm”in “yeni istedadları” hansı avadanlıqlarla və hansı şəraitdə işləyirlər:



Deputatın növbəti fırıldağı elə buradan da aydın görünür.

Burada daha bir təəccüblü məqam var. İnternetdə “Osmanlifilm” deyə axtarış aparanda məlum olur ki, bu adda kinoşirkət hələ 70-ci illərdə də mövcud olub və 5 film çəkib. Bu da fotosu:

Aslanov-Osmanlı-Osmanqızı üçlüyü Azərbaycanın imici üçün mənfi nəticələr doğura biləcək bu fırıldaq üzərində düşündümü heç? Axı burada söhbət həm də Heydər Əliyevin adından gedir...

Xalq və dövlət marağına yox, öz ciblərinə işləyən Aslanovla Osmanlının ağlına heç o da gəlmədimi ki, yerli jurnalistlər guya Qarabağ haqda film çəkmiş “GulerYuz Film” türk kinoşirkətinin də yerli-dibli mövcud olmaması faktını bir gün araşdırıb üzə çıxara bilərlər?

Azərbaycan üçün layihələr həyata keçirmək adı ilə xeyli qrant alan “GulerYuz Film” şirkətinin nəinki internet ünvanı, heç adicə telefon nömrəsi, faksı və elektron ünvanı da yoxdur. Onun ofisi guya İstanbulda, Taksim meydanındadır. Ucuz otellərin, klub, diskoteka və bordellərin olduğu məkanda... Bu da skrinşot:



Bəlli olduğu kimi, Türkiyədə işgüzar adamlar qəpiklərinin də qədrini bilirlər. Onlar şübhəli layihələrə bircə lirə də xərcləməzlər. Türkiyəli siyasi təhlilçilər və ekspertlər isə bir işi görməzdən, ona pul ayırmazdan qabaq yüz ölçüb bir biçirlər. Buna görə də “HASEN” Qafqaz Strateji Araşdırmalar İnstitutunun C.Osmanlının layihəsinə sponsorluq etməsi çox qəribə görünür. Bu, həm də onun öz səlahiyyətlərinin çərçivəsini aşması anlamına gəlir. Axı “HASEN” həm də araşdırmalar institutu olaraq özü də sponsor hesabına yaşayır...

Deməli, ortada çox bəsit və bayağı bir fırıldaqçılıq faktı var. Yaxşı, bəs ölçüyəgəlməz dərəcədə böyük siyasi ambisiyaları olan, özünü də haqq-ədalət carçısı elan edən bu adi satqın, yalançı rejissor, ssenarist və prodüser, amma doğruçu deputat kimi aldadır?

Maraqlısı da odur ki, əksər layihələr kimi bu layihə də C.Osmanlı tərəfindən ailəvi yem yerinə çevrilib. Londonda göstərilən birgə Azərbaycan-Türkiyə “Qafqaz” filminin titrində rejissor kimi hansısa İsa Aydın göstərilir. Həmin bu İsa Aydın isə Sevinc Osmanqızının qohumu, eyni zamanda Ceyhun Osmanlının qaynıdır. Bu İsa Aydın həm də əsasən videoerotika çəkilişləri ilə məşğul olan “İsa Aydın Production” studiyasının direktorudur. Bu da sübutu:



Bunlar “İsa Aydın Studio” tərəfindən istehsal olunmuş erotik videodan olan kadrlardır. Elnur Aslanovun 1news.az saytı bu İsa Aydını ötən il aylar uzunu gen-bol reklam eləmişdi.

Qeyd edək ki, İsa Aydının bu studiyası Amerika Ticarət Palatasına (AMCHAM) daxildir. AMCHAM isə Dövlət Departamentinin və ABŞ-ın Azərbaycandakı səfirliyinin qeyri-hökumət lobbiçi strukturlarından biridir. Studiyanın saytında AMCHAM-ın loqosuna da rast gələ bilərsiniz:



O da məlum olub ki, “İsa Aydın Production”un Dubay və ABŞ-da ofisləri var. Bu şirkət Bəhreyndə, ər-Riyadda, Səudiyyənin başqa bölgələrində və digər ərəb ölkə və şəhərlərində işləyib. Bu da təsdiqi:



Yeri gəlmişkən, göstərilən ərəb bölgələri seks-trafikinqin ən əsas marşrutlarından biridir. Beləliklə, bir ucu Yaxın Şərqə, o birisi ABŞ-a gedib çıxan film çəkilişi gör kimin əlindədir: pornoqrafiyaçı İsa Aydının, deputat-şarlatan Ceyhun Osmanlını və qərib və qəribə jurnalist Sevinc Osmanqızının...



C.Osmanlının Bakıdakı ABŞ səfirliyi ilə sıx əlaqələri və onun müvəqqəti işlər vəkili Donald Lu ilə gizli görüşü məhz uzun illər Amerika səfirliyində çalışan və Dövlət Departamentinə Azərbaycanla bağlı mənfi yüklü hesabatlar göndərən Sevinc Osmanqızının işgüzar əlaqələri sayəsində mümkün olmuşdu.

İndi sadəcə bu suala cavab tapmaq lazım gəlir: ümummilli lider Heydər Əliyev haqda film çəkmək kimi vacib layihə doğrudanmı əliəyriliyi ilə ad çıxaran deputat Ceyhun Osmanlıya həvalə edilib? Bəs bu necə baş verib? Axı Qarabağ mövzusu və Heydər Əliyevin həyat və fəaliyyətini film vasitəsilə təbliğ etmək əslində dövlət əhəmiyyətli məsələlərdir. Bu, hətta milli və dövləti təhlükəsizlik məsələsidir.

Bu məsələ üzərində düşünmək gərəkdir. Özü də ciddi düşünmək gərəkdir...
Ceyhun Osmanlının erotik kino biznesi-
Ceyhun Osmanlının erotik kino biznesi-
Ceyhun Osmanlının erotik kino biznesi-
Ceyhun Osmanlının erotik kino biznesi-

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler