» » Suriyada İran generalı öldürüldü

Suriyada İran generalı öldürüldü

Bölmə: BLOK XƏBƏR, MANŞET
Suriyada İran generalı öldürüldü

İran İslam İnqilabının Keşikçiləri Korpusunun komandirlərindən biri - Hüseyn Həmədani Suriyadakı Hələb şəhərinin yaxınlığında həlak olub.

“Xalqinfo” BBC-yə istinadən xəbər verir ki, generalın ölümü barədə xəbəri təsdiqləyən İran İslam İnqilabı Keşikçiləri Korpusu Hüseyn Həmədaninin İslam Dövləti qruplaşmasına qarşı döyüşən Suriya ordusuna məsləhət xidməti göstərdiyini bildirib.

Prezident Bəşər əl-Əsədin əsas regional partnyoru olan İran Suriya hökumətinə hərbi dəstək göstərir.
Hüseyn Həmədani 2011-ci ildən bəri davam edən Suriya münaqişəsində həlak olmuş ən yüksək rütbəli İran hərbçilərindən biridir.

General 1980-1988-ci illərdə İran-İraq müharibəsində iştirak edib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu İran hərbçilərinin bilavasitə döyüşlərdə iştirak etmədiyini bildirir.
Suriya prezidenti Bəşər əl-Əsəd daha əvvəl deyib ki, Suriya, İran və İraqı “terrorçuluğu dəf etmək” məqsədi birləşdirir.qafqazinfo

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler