» » Onlar da deputatlığa namizəd oldular

Onlar da deputatlığa namizəd oldular

Bölmə: BLOK XƏBƏR
Onlar da deputatlığa namizəd oldular

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deputatlığa namizədliyini irəli sürür.

“Xalqinfo” xəbər verir ki, bu barədə APA-ya məlumat verən A. Əlizadə qeyd edib ki, o, 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd olacaq.

A. Əlizadə əlavə edib ki, ASDP-dən ondan başqa daha 3 nəfərin də namizədliyinin irəli sürülməsi qərarlaşdırılıb.

Vəhdət Partiyasının sədri Tahir Kərimli də seçkilərə qatılmağa qərar verib.

T. Kərimli APA-ya deyib ki, o namizədliyini 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən irəli sürəcək.

Qeyd edək ki, 35 saylı Xətai üçüncü seçki dairəsindən hazırda millət vəkili İqbal Ağazadə, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən isə Ərəstun Cavadovdur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler