» » Sevdiyi qızla nişanlanan oğlanı güllələdi-

Sevdiyi qızla nişanlanan oğlanı güllələdi- Hacıqabulda

Bölmə: BLOK XƏBƏR
Sevdiyi qızla nişanlanan oğlanı güllələdi-
Hacıqabul rayon sakini ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.


Xalqinfo” xəbər verir ki, rayonun Rəncbər kənd sakinlərinin virtualaz.org-a verdikləri məlumata görə, hadisə avqustun 13-də axşam saatlarında rayonun Qubalı-Baloğlan kəndi ərazisində baş verib.

Qubalı-Baloğlan kəndinin sakini, 23 yaşlı Eyvazlı Tural Ələsgər oğlu “VAZ-21015” markalı şəxsi avtomobilini idarə edərkən ona naməlum şəxs tərəfindən ov tüfəngindən atəş açılıb.

Atəş nəticəsində T.Eyvazlı başından güllə yarası alıb. O, qırma yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Rəncbər kənd sakini, 23 yaşlı Emin Qasımov Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində ertəsi gün saxlanılıb.

Hadisənin nişanlı qız üstündə baş verdiyi deyilir. Belə ki, Tural Eyvazlı ilə Emin Qasımov eyni qızı sevirmiş. Tural Eminin də sevdiyi qıza nişanlanıbmış. Ona görə də gənclər düşmənə çevriliblər və Emin əğyarından qisas almaq qərarına gəlib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler