» » Bakıdan uçan təyyarədə kuryoz olay -

Bakıdan uçan təyyarədə kuryoz olay - Sərnişinlər düşürüldü

Bölmə: BLOK XƏBƏR
Bakıdan uçan təyyarədə kuryoz olay -
"Bakı-Moskva aviareysini yerinə yetirən təyyarə havaya qalxmağa hazırlaşdığı vaxt sərnişinlərdən birinin səhhətində problem yaranıb və tibb işçiləri ona kömək ediblər. Bundan sonra təyyarənin nə vaxt havaya qalxacağı ilə bağlı qərar veriləcək".


"Xalqinfo" xəbər verir ki, bunu "Report"a bu gün saat 10:40-da Bakıdan Moskvaya uçmalı olan "Azərbaycan Hava Yolları" (AZAL) QSC-yə məxsus "Airbus-320" təyyarəsinin gecikmə səbəblərinə aydınlıq gətirən AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

AZAL sözçüsü sərnişinlərin düşürülməsi və yenidən yoxlanılması ilə bağlı məlumatların yanlış olduğunu deyib.

Heydər Əliyev Beynəlxalq Hava Limanından "Report"a bilidirilib ki, J2 852 reysini yerinə yetirən təyyarənin uçuş vaxtı 11:40-a keçirlib.

Təyyarədə olan sərnişinlərin verdiyi xəbərə görə, səhhəti pisləşən kişi sərnişin əvvəl təyyarədən düşürdülüb, ona tibbi yardım göstərilib və yenidən təyyarənin salonuna qayıdıb. Təhlükəsizlik qaydalarına uyğun olaraq, bu reysi yerinə yetirən "A-320" təyyarəsinin bütün sərnişinləri yenidən endirilib və onların əl baqajı, habelə tayyarənin salonu təkrar yoxlamadan keçirilir.

Qeyd edək ki, bu reyslə hərəkət edəcək təyyarə hələ havaya qalxmayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler