» » Ramiz Mehdiyevin professor qızı-


Ramiz Mehdiyevin professor qızı- Foto

Bölmə: BLOK XƏBƏR, MANŞET
Ramiz Mehdiyevin professor qızı-
Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...


Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...

Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

“Qafqazinfo” xəbər verir ki, Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir.

Budəfəki təqdimatımız Azərbaycan Respublikası PrezidentAdministrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin qızı Kamilə xanım haqqındadır.

Ramiz Mehdiyev adı çağdaş Azərbaycan siyasi tarixinə düşən məşhur simalardandır. O, 1974-cü ildən Azərbaycanın dövlət idarəetmə strukturunda çalışır, indiyədək müxtəlif postlar tutub. 1995-ci ilin fevralından isə Prezident Administrasiyasının rəhbəri vəzifəsində işləyir.

Həqiqi dövlət müşaviri olan Ramiz Mehdiyev 17 aprel 2008-ci ildə 70 illik yubleyi ilə bağlı Prezident İlham Əliyevin fərmanı ilə "İstiqlal" ordeni ilə təltif edilib.

Akademik R.Mehdiyev 100-dən çox elmi məqalələrin müəllifidir (milli və sosial-siyasi münasibətlət, müasir Azərbaycan dövləti və cəmiyyətinin inkişafı və s. mövzularla bağlı).

Ramiz Mehdiyev ailəlidir. İki övladı var.

Onun 1973-cü il təvəllüslü oğlu Teymur Mehdiyev hazırda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavinidir.

Ramiz Mehdiyevin kürəkəni deputat İlham Əliyev isə 2010-cu ildə keçirilən parlament seçkiləri zamanı Xaçmazdan Milli Məclisə mandat qazanıb.

Akademik Ramiz Mehdiyevin qızı Kamilə xanım uzun illərdir elm sahəsində çalışır. O, 1970-ci ildə Moskva şəhərində dünyaya gəlib. (Həmin dövrdə atası Ramiz Mehdiyev Moskva Dövlət Universitetinin aspirantı olub).

1987-ci ildə Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsinə daxil olan Kamilə Mehdiyeva 1992-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək, Zoologiya İnstitutunda əmək fəaliyyətinə başlayıb.

1998-2002-ci illərdə BDU-nun psixologiya kafedrasının dissertantı olub. 2002-ci ildə “Yaradıcılıq şəxsiyyətin inkişaf amili kimi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2009-cu ildə isə “Şəxsiyyətin yaradıcı potensialının formalaşmasının psixoloji problemləri” mövzusunda psixologiya elmləri üzrə doktorluq dissertasiyası müdafiə edib.

Kamilə Əliyeva (hazırda həyat yoldaşının soyadını daşıyır) 1999-cu ildən BDU-nun psixologiya kafedrasında müəllim, 2004-cü ildən dosent vəzifəsində çalışır. 2010-cu ildən kafedranın professorudur.

O, 2004-cü ildən həm də BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının müdiri vəzifəsində çalışır.

Universitetdə işlədiyi müddətdə professor Kamilə Əliyeva öz səmərəli və peşəkar fəaliyyəti ilə seçilib. Belə ki, 2009-cu ildə BDU-nun Elmi Şurası tərəfindən “İlin müəllimi” adına layiq görülüb, həmin ildə yüksək ixtisaslı kadrların hazırlanmasında uzun müddət səmərəli elmi-pedaqoji fəaliyyətinə görə və universitetin 90 illik yubileyi münasibətilə Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilib. Bununla yanaşı, 2010-2011-ci illərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə səmərəli əməkdaşlığa görə komitə tərəfindən diplomla mükafatlandırılıb.

Kamilə xanım bir çox treninq proqramlarında, beynəlxalq seminarlarda iştirak etməklə yanaşı, sosial siyasət və təhsil problemləri ilə bağlı seminarlarda çıxış edib. İki monoqrafiyanın, bir dərs vəsaitinin, 40-dan artıq elmi əsərin, bir neçə proqramın müəllifidir.

Psixologiya elmləri doktoru, professor Kamilə xanım Milli Məclisin deputatın İlham Əliyevin həyat yoldaşıdır.

Qafqazinfo
Ramiz Mehdiyevin professor qızı-

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler