“Emin hər həftə onların yanına uçur”- Araz AğalarovBölmə: BLOK XƏBƏR, MANŞET
Oğlu Eminlə Leyla Əliyevanın boşanmasına keçən ay münasibət bildirərən Rusiyada yaşayan azərbaycanlı milyarder Araz Ağalarov bu barədə bir daha danışıb. “Xalqinfo” ans press-ə istinadən xəbər verir ki, "Crocus" şirkətlər qrupunun prezidenti dost olaraq qaldıqlarını bəyan edərək birlikdə boşanma qərarı verən cütlüyün münasibətlərinin çox yaxşı olduğunu açıqlayıb. “Eminlə Leyla əvvəllər olduğu kimi çox yaxşı münasibətlərini saxlayıblar. Onlar uşaqlarını birlikdə tərbiyə edirlər. Leyla və əkizlərin harada olmasından asılı olmayaraq o, hər həftə onların yanına uçur” - deyə, o “Komsomolskaya Pravda”ya müsahibəsində bildirib. Araz Ağalarov oğlunun şəxsi həyatında baş verən bu hadisəni ilk dəfə şərh edərkən təəssüfləndiyini bildirmişdi: “Mən çox təəssüf edirəm ki, belə alındı. İkisi də mehriban, pozitiv insanlardır. Görünür, nə isə alınmadı”. Qeyd edək ki, Emin və Leylanın Əli və Mikayıl adında əkizləri var. Xatırladaq ki, prezident İlham Əliyevin böyük qızı, ictimai xadim Leyla Əliyeva və həyat yoldaşı Emin Ağalarov 30 may 2015-ci il tarixində birlikdə boşanma qərarını veriblər. Bu barədə ilk olaraq xanım Əliyeva sosial şəbəkədə bəyan edib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|