» » Sabir Rüstəmxanlı Ramil Usubovla görüşüb – Qardaşına görə

Sabir Rüstəmxanlı Ramil Usubovla görüşüb – Qardaşına görə

Bölmə: BLOK XƏBƏR, MANŞET
Sabir Rüstəmxanlı Ramil Usubovla görüşüb – Qardaşına görə
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı qardaşı Əlövsət Əliyevin və digərlərinin cinayət işinin məhkəməyə çıxarılmasından danışıb.


S.Rüstəmxanlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı nazirlə görüşüb: “Əlövsət özü rəsmi müraciət edib. Mən Daxili İşlər Nazirliyində nazir səviyyəsində şifahi söhbət etmişəm, amma rəsmən müraciət etməmişəm. Emin Şəkinskinin özü ilə də danışmamışam”.

Deputat qardaşının məhkəməyə məcburi gətirilməsi variantının mümkün olmadığını deyib: “Əlövsət Almaniyada oturum alıb, buna görə də məhkəməyə məcburi gətirilə bilməz”.

Qeyd edək ki, Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev DİN Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Şəkinskinin keçmiş həyat yoldaşı və uşaqlarının ölkədən qanunsuz çıxarılmasına kömək etməkdə ittiham olunur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler