» » Bakıda məşhur restoranın sahibinin oğlu qəzada öldü-

Bakıda məşhur restoranın sahibinin oğlu qəzada öldü- Yenilənib

Bölmə: BLOK XƏBƏR
Bakıda məşhur restoranın sahibinin oğlu qəzada öldü-
Bakıdakı məşhur restoranlardan birinin sahibinin oğlu paytaxtda baş vermiş yol qəzasında dünyasını dəyişib.


“Xalqinfo” xəbər verir ki, Daxili İşlər Nazirliyindəki mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, “Mersi Bakı” restoranının sahibi Ruslan Zeynalovun oğlu dünən - iyunun 5-də Mərdəkan şosesində baş vermiş yol qəzasında ölüb.

17 yaşlı Maqsud Zeynalov “Hyundai” markalı “cip”in sükanı arxasında olarkən idarəetməni itirib və maneəyə çırpılıb. O, elə hadisə yerində keçinib.

***

Restoran sahibi ans press-ə açıqlamasında oğlunun həqiqətən də qəza zamanı dünyasını dəyişdiyini təsdiqləyib. Onun sözlərinə görə, oğlu sükan arxasında yox, arxa oturacaqda olub.

“Maqsudun 17 yaşı vardı. Orta məktəbdə oxuyurdu. Onun heç sürücülük vəsiqəsi də yox idi. O necə maşın sürə bilərdi? Qəzada yalnız Maqsud dünyasını dəyişib”, - deyə Ruslan Zeynalov bildirib.qafqazinfo

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler