Ceyhun Osmanlı yenidən MTN-ə aparıldı- YenilənibBölmə: BLOK XƏBƏR, MANŞET
Onun Gülən camaatı ilə əlaqələri, həmçinin onun xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığı barədə yayılmış məlumatları araşdırılır Aprelin 28-də millət vəkili Ceyhun Osmanlı növbəti dəfə Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq nazirliyə aparılıb. “Qafqazinfo”ya daxil olan məlumata görə, ondan şahid qismində 3 saata yaxın ifadə alındığı qeyd edilir. Məlumatda bildirilir ki, MTN C.Osmanlının Gülən camaatı ilə əlaqələrini, həmçinin onun xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığı barədə yayılmış məlumatları araşdırır. Osmanlının ABŞ fondlarından aldığı yüksək məbləğdə qrantların hansı məqsədlərə yönəldildiyi və necə istifadə olunduğu barədə sorğulandığı deyilir. Qeyd edilir ki, C.Osmanlının deputat toxunulmazlığının ləğv ediləcəyi və ona qarşı cinayət işinin açılacağı da ehtimal olunur. Qeyd edək ki, aprelin 19-da millixeber.com saytı C.Osmanlının MTN əməkdaşları tərəfindən saxlandığı barədə məlumat yaymışdı. Ancaq millət vəkili APA-ya açıqlamasında bu xəbəri təkzib edərək məlumatın əsassız olduğunu bildirmişdi. Halbuki, C.Osmanlı aprelin 18-də MTN-ə gətirildiyi və ondan 4 saat ərzində ifadə alındığı barədə məlumat da öz təsdiqini tapmaqdadır. *** “Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Arif Babayevlə əlaqə saxlayıb. A. Babayev məsələni nə təkzib, nə də təsdiq edib. O bildirib ki, İctimaiyyətlə Əlaqələr Şöbəsində belə bir məlumat yoxdur şərh yaz |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|