» » MTN-ə əlavə səlahiyyət verildi

MTN-ə əlavə səlahiyyət verildi

Bölmə: BLOK XƏBƏR, MANŞET
MTN-ə əlavə səlahiyyət verildi
Nazirlər Kabineti “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin qanunvericiliklə müəyyən edilmiş siyahısındakı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyaları və bölmələri üzrə xüsusi icazə verən, ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti orqanlarının Siyahısı”na dəyişiklik edib.

Xalqinfo.az bildirir ki, dəyişiklik Milli Təhlükəsizlik Nazirliyinin (MTN) səlahiyyətinin artırılması ilə bağlıdır.

Nazirlər Kabineti aidiyyəti dövlət orqanlarının rəyləri əsasında hərbi təyinatlı uçuş aparatları, pilotsuz uçuş aparatları, raketlər, onların mühərrikləri, avadanlıqları və yardımçı avadanlıqları, hərbi təyinatı üçün xüsusi düzəldilmiş komponentlərin ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti üzrə xüsusi icazə verən orqandır.

İndiyə qədər bu sahədə ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarəti Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə), Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçirib.

Bundan sonra bu sahədə ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarəti Milli Təhlükəsizlik Nazirliyi də həyata keçirəcək.anspress

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler