» » İlham Əliyev və xanımı UNESCO-nun baş direktorunu qəbul edib

İlham Əliyev və xanımı UNESCO-nun baş direktorunu qəbul edib

Bölmə: BLOK XƏBƏR
İlham Əliyev və xanımı UNESCO-nun baş direktorunu qəbul edib
Xalqinfo.az xəbər verir k, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 17-də UNESCO-nun baş direktoru xanım İrina Bokovanı qəbul ediblər.
Görüşdə UNESCO-nun baş direktoru xanım İrina Bokovanın Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakı yüksək dəyərləndirilib. Forumun artıq ənənəvi olaraq keçirildiyi və tədbirə marağın ildən-ilə artdığı məmnunluqla qeyd edilib. Beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından Forumun əhəmiyyəti xüsusi vurğulanıb.
Söhbət zamanı Azərbaycan ilə UNESCO arasında uğurlu əməkdaşlığın bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olunub (AZƏRTAC).
Qeyd edək ki, Bakıda "Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq" devizi altında 2015-ci ilin 18-19 may tarixində III Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.virtualaz.org

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler