» » Prezident xanımı ilə qələbəni qeyd edir

Prezident xanımı ilə qələbəni qeyd edir

Bölmə: BLOK XƏBƏR, MANŞET
Prezident xanımı ilə qələbəni qeyd edirPrezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə mayın 9-da Moskvada keçirilən bayram tədbirlərində iştirak ediblər.

Xalqinfo.az-ın məlumatına görə, prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Kremldə Rusiya prezidenti Vladimir Putin qarşılayıb.

Qızıl meydanda Rusiya dövlətinin başçısı Qələbənin 70 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. Dövlət başçısı müxtəlif xalqların bu müharibədə şücaət göstərərək həlak olan nümayəndələrinin xatirəsinin daim uca tutulacağını söyləyib.

Böyük Vətən müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra hərbi parad keçirilib. Parada Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları da qatılıb. Mayor Mehdi Mahmudovun rəhbərliyi ilə 70 Azərbaycan hərbçisindən ibarət parad heyəti Qızıl meydanda tribunalar qarşısından keçib.

Paradı dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, müharibə veteranları izləyiblər. Paradda 16 mindən artıq hərbi qulluqçu, müxtəlif hərbi texnika, təyyarə və helikopterlər iştirak edib.

Böyük Vətən müharibəsində 700 minə yaxın Azərbaycan vətəndaşı cəbhənin müxtəlif istiqamətlərində döyüşüb. Onlardan 300 mini həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 min əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

Qələbəyə Bakı neftçilərinin töhfəsi əvəzsiz olub. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli yağların 85-90 faizi Azərbaycanın payına düşürdü. Döyüşlərdə iştirak edən tank və təyyarələrin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Əgər Azərbaycan nefti olmasaydı, sovet-alman cəbhəsində hərbi əməliyyatların nə ilə nəticələnəcəyini demək çətin olardı. Bütün bunlara görə İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacaq.

Hərbi paraddan sonra dövlət və hökumət başçıları adından Kremlin divarı yanında, Aleksandr bağında Naməlum əsgərin məzarı önünə əklil və güllər qoyulub.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler