» » Nazirini odsaçan silahla diri-diri yandırdı-

Nazirini odsaçan silahla diri-diri yandırdı- Prezident

Bölmə: BLOK XƏBƏR
  Nazirini odsaçan silahla diri-diri yandırdı-
Şimali Koreya diktatoru Kim Çen In daha bir vəhşiliyə əl atıb.

Virtualaz.org saytı Qərb KİV-lərinə istinadən xəbər verir ki, Kim Çen In Şimali Koreyanın ictimai təhlükəsizlik naziri O Son Xonun odsaçan silahla yandırılmasına əmr verib. Nazirin yeganə günahı Koreya diktatorunun ötən ilin qışında edam etdirdiyi dayısı Çan Son Txekaya yaxın olmasıdır.

“Daily Mail” qəzeti xəbər verir ki, nazir O Son Xon dövlətin düşməni elan edilib və məhkəmə qərarı ilə edam cəzasına məhkum olunub.

“Koreya günəşi” adlandırılan Kim Çen In deyib ki, O Son Xon rəhbərlik etdiyi nazirliyi “özünün şəxsi mülkünə çeviribmiş və ən yüksək səviyyədə baş verən korrupsiya faktlarını gizlədirmiş”.

Şimali Koreya diktatoru “bu satqın məmura ağır cəza verilməsinə” şəxsən özü göstəriş verib.

Bundan əvvəl xəbər verildiyi kimi, Kim Çen In kadr islahatların və “təmizləmələrə” başlayıb. Nəticədə yüksək rütbəli 11 məmur güllələnib. Bu, diktatorun dayısının keçmiş həmkarlarına qarşı repressiyaların ikinci dalğası idi. Xarici müşahidəçilərin qənaətinə görə, Şimali Koreya diktatoru “təmizləmələr”in üçüncü mərhələsinə başlamağa hazırlaşır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler