» » Əbülfəs Qarayev Corc Sorosa cavab verdi

Əbülfəs Qarayev Corc Sorosa cavab verdi

Bölmə: BLOK XƏBƏR
Əbülfəs Qarayev Corc Sorosa cavab verdi
“Son günlər bəzi xarici internet saytlarında Azərbaycan mətbəxi ilə bağlı uydurma yazılar yer alır”.

Bunu APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib.

V. Şixəmmədov bildirib ki, bu cür yazılar bəzi xarici dairələrin Azərbaycana qarşı növbəti məkrli siyasətinin nəticəsidir: “Bilirsiniz ki, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə “Azərbaijan breakfast” adlı layihə hazırlanıb. Həmin layihə ilə bağlı məqsədyönlü fikirlər səsləndirilir. Bakıda keçiriləcək İlk Avropa Oyunlarından əvvəl belə halların yaşanması təəssüf edicidir. “Azerbaijan breakfast” adlı layihənin həyata keçirilməsində məqsəd ondan ibarətdir ki, Azərbaycana gələcək hər bir turistə mətbəximizin müxtəlif nemətləri təqdim olunsun.

Dünya təcrübəsi göstərir ki, bütün turistlər getdikləri məkanlarda həmin ölkənin yeməklərindən istifadə edirlər. Bir turizm ölkəsi olaraq, bizim də məqsədimiz ondan ibarətdir ki, ölkəmizə gələcək turistlərə Azərbaycan mətbəxinin nümunələrini təqdim edək. Bu nümunələrin təqdim olunma formasından biri də “Azerbaijan breakfast” adlı layihə çərçivəsində həyata keçirilə bilər".

Şöbə müdiri qeyd edib ki, bu layihə məcburi xarakter daşımır: "Sadəcə olaraq həmin layihə otellərə tövsiyə olunacaq. Layihədən istifadə etməyə isə otel menecerləri qərar verəcəklər. Gələcəkdə layihə inkişaf edərsə dünya mehmanxana biznesində də “Azerbaijan breakfast” mətbəx nümunələrindən istifadə oluna bilər. Layihənin tərkibində mətbəximizin səhər yeməklərində olan nümunələr birləşdirilib”.

V. Şixəmmədov onu da qeyd edib ki, www.eurasianet.org internet saytında Azərbaycana qarşı mütəmadi olaraq qərəzli məqalələr yazılır: “Həmin saytda və gürcü əsilli müəllif Giorgi Lomsadze tərəfindən yazılan belə qərəzli yazılar Azərbaycan mətbəxinin özəlliyinə hər hansı zərər vura bilməz” .

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler