» » “Ziya Məmmədov oğluma mənə görə vəzifə verməyib” - Deputat

“Ziya Məmmədov oğluma mənə görə vəzifə verməyib” - Deputat

Bölmə: BLOK XƏBƏR, MANŞET
“Ziya Məmmədov oğluma mənə görə vəzifə verməyib” - Deputat
“İstər mənim oğlum olsun, istərsə də başqasının, gənclərimizin vəzifəyə gətirilməsinə çox sevinirəm”.


"Xalqinfo" xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib. O, oğlu Cəmil Rüstəmxanlının nəqliyyat naziri Ziya Məmmədovun əmri ilə “Azəryolservis” ASC sədrinin müavini - İnvestisiya idarəsinin rəisi vəzifələrinə təyin edilməsinə münasibət bildirib.

Qeyd edib ki, oğlunun vəzifəyə gətirilməsinin qohumluq əlaqəsi ilə heç bir bağlılığı yoxdur: “Ağıllı və istedadlı gənclərimizin istehsalatda və həyatımızın müxtəlif sahələrində çalışmaları məni çox sevindirir. Gənclərimizə qayğı göstərən şəxslərə də minnətdaram. Oğlumun vəzifəyə gətirilməsinə qohumluq əlaqələrinin heç bir dəxli yoxdur. Ona qohum olduğumuz üçün vəzifə verilməyib. Ən yaxın qohum belə qabiliyyəti olmayan bir adamı irəli çəkib vəzifəyə gətirə bilər. Amma həmin şəxs bilməz ki vəzifə, bilik, savad, bacarıq tələb edir. Kiminsə vəzifəyə gətirilməsi aşağı səviyyələrdə həll olunmur. Həmin işlər yuxarı səviyyələrdə həll olunur”.

Daha sonra S. Rüstəmxanlı nazir Ziya Məmmədovla münasibətlərindən danışıb.

“Ziya Məmmədovla bəlkə də ildə bir dəfə görüşürəm. Tez-tez görüşmürük. Onunla bayramdan-bayrama və ümumi yığıncaqlarda görüşürük. Ziya müəllimlə xüsusi görüşlərimiz olmur”.

Xatırladaq ki, nəqliyyat naziri Ziya Məmmədovun əmri ilə millət vəkili Sabir Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlı “Azəryolservis” ASC sədrinin müavini təyin edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler