» » Küçədə sürüdülən rektor qızı niyə məlumatı sildirir? –

Küçədə sürüdülən rektor qızı niyə məlumatı sildirir? – Video

Bölmə: BLOK XƏBƏR
Küçədə sürüdülən rektor qızı niyə məlumatı sildirir? –

Ötən gündən başlayaraq, sosial şəbəkələrdə yayılan və əsas xəbər saytlarının manşetinə adlayan olayla bağlı yeni xəbərlər daxil olmaqdadır. Xalqinfo.az xəbər verir ki, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayevanın 9 mart 2015-ci il tarixində Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində Zaur və Elin Məmmədov qardaşları tərəfindən döyülərək fiziki işgəncəyə məruz qaldığını əks etdirən yazı və videonun hələ ötən gün bəzi xəbər saytlarından və Yutub şəbəkəsindən çıxarılması üçün rektorun qızı ciddi təşəbbüs göstərib. Qardaşların həbs olunmaması və məhkəmədən azadlığa buraxılmasının səbəbləri sırasında da Ü.İsayevanın şikayətçi olmaması barədə məlumat da daxil olub. Bəs nə baş verir? Mediaya göndərilən məlumat bundan ibarətdir: “Bakı şəhəri BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusi ilə mühüm işlər üzrə baş müstəntiqi polis polkovnik-leytenantı Yasin Mikayıllının 14 mart 2015-ci il tarixli vəsatəti əsasında ibtidai araşdırmaya prosessual rəhbərlik həyata keçirən Bakı prokurorunun müavini, baş ədliyyə müşaviri Azər Əsgərov eyni tarixli təqdimatla məhkəməyə müraciət edərək Azərbaycan Respublikası 222.2.1-ci maddəsi ilə təqsirləndirən şəxs qismində cəlb edilmiş Məmmədov Zaur Muxtar oğlu barəsində həbs-qəti imkan tədbirinin seçilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edib. Məmmədov Zaur Muxtar oğlunun 09 mart 2015-ci ildə, saat 04:25-də qardaşı Elin Məmmədovla bir qrup şəxs halında sərxoş vəziyyətdə ictimai yerdə, Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində heç bir səbəb olmadan tanışları İsayeva Ülkər Hamlet qızını idarə etdikləri 90 KU 050 dövlət nömrə nişanlı “Bentley” markalı avtomobildən zorla çəkib çıxarmaqla yerlə sürüyərək, əl və ayaqla zərbələr endiriblər. Hadisəni görən vətəndaşların müdaxiləsindən sonra Ülkər İsayeva taksiyə əyləşərək hadisə yerindən uzaqlaşmaq istəyən zaman ona imkan verməyərək zorla taksi maşınından düşürdülərək yerlə sürülmüş, təkrarən əl və ayaqla zərbələr yetirmişlər. Bu zaman vətəndaşların müdaxiləsindən sonra Ü.İsayevaya təkrar təziq göstərilərək “Bentley” markalı minik avtomobilinə otuzdurularaq fiziki təziqə məruz qalmışdır. Adıçəkilən hüquq mühafizə orqanlarında, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hadisəsi ilə müşayət edilən hərəkətlər üzrə istintaq aparılaraq 12.03.2015-ci il tarixində Məmmədov Zaur Muxtar oğlu barəsində Azərbaycan Respublikasının CM-nın 221.2.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş, Z.Məmmədov 12.03.2015-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 14.03.2015-ci ildə ona Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Barələrində 14.03.2015-ci il hər iki təqsirləndirilən şəxs barəsində Bakı Şəhər Prokurorluğu tərəfindən həbs-qəti imkan tədbiri seçilməsi üçün Xətai rayon Məhkəməsinə təqdimat verilmişdir. Lakin Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova tərəfindən çıxarılan qərara əsasən iki qardaş - Zaur və Elin Məmmədov qardaşları məhkəmə zalından azad edilmişlər”. Bu mətnin üslubu əlbəttə ki, rəsmidir və məhkəmə ədalətsizliyinə qarşı bir qurumun mövqeyini əks etdirir. Hətta Ü.İsayeva şikayətçi olmasa belə, məhkəmə bu cinayəti törətmiş qardaşlar barəsində bəraət hökmünü çıxara bilməzdi. Ülkər İsayevanın tanışları Hüquq-mühafizə orqanlarında aparılan istintaq zamanı göstərildiyi kimi, Zaur və Elin qardaşları Ülkər İsayevanın tanışlarıdır. "Musavat.com" Ü.İsayevanın İnstaqram səhifəsinə əsasən “üçlüklərin” və “cütlüklərin” birgə fotolarını dərc edib. Qeyri-rəsmi məlumatlarda o da qeyd olunur ki, Ü.İsayeva bu yaxınlarda həyat yoldaşından rəsmi olaraq ayrılıb. Belə… Rektor nəyi və niyə təkzib edir? Təbii ki, bu olayda ən maraqlı təkzib rektor Hamlet İsaxanlıya məxsusdur. Yayılan məlumatı “Axmaqlar yalan danışırlar” olaraq "Azvision.az"a təkzibləyən rektor xaricdə olduğunu, qayıdandan sonra bu işlə məşğul olacağını bildirib: “Axmaqlalar, əclaflar yalan məlumatlar yazırlar. Gəlib onların işinə baxaram. Yazılanların hamısı yalandır”. Görünür, H.İsaxanlının yayılan görüntülərdən xəbəri yoxdur. Məşhur qardaşlar Qalmaqallı qardaşların Bakıda xeyli məşhur olduqları barədə məlumatı "Aznews.az" yayıb. Bildirilir ki, onlar şəhərin ən dəbdəbəli yerlərində əylənir və tez-tez xarici ölkələrə səyahət edirlər. Qardaşlar – Zaur və Elin Məmmədovların küçənin ortasında xuliqanlıq hərəkətləri etməsi birinci hal deyil. Məlumata görə, onlar idarə etdiyi avtomobillərlə də Bakıda asayişi tez-tez pozurlar. Təkcə rektorun qızının döyülərək aparıldığı 90 KU 050 dövlət nömrə nişanlı “Bentley” markalı avtomobil ötən il 200 dəfədən çox cərimələnib. Hazırda həmin avtomobil cərimələrin ödənilməməsinə görə axtarışdadır. Avtomobilin texniki pasportu Elin Məmmədovun adınadır. Amma həmin avtomobili təkcə Elin və ya onun qardaşı Zaur idarə etmir. Elin avtomobili həm də etibarnamə ilə atasına verib – Məmmədov Muxtar Şirinoviçə. Prokurorluq protest verdi Baş Prokurorluğun son məlumatına görə, artıq məhkəmənin qərarından protest verilib. axar.az



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler