» » Poroşenko Saakaşvilini özünə müşavir təyin etdi

Poroşenko Saakaşvilini özünə müşavir təyin etdi

Bölmə: BLOK XƏBƏR
 Poroşenko Saakaşvilini özünə müşavir təyin etdi


Xalqinfo.az xəbər verir ki, Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini öz məsləhətçisi təyin edib.

ans -in məlumatına görə, bu haqda Ukrayna prezidentinin mətbuat xidməti açıqlama verib.

Bildirilir ki, Poroşenko Mixail Saakaşvilinin məsləhətçisi (ştatdan kənar) təyin edilməsi barədə fərman verib.

Bundan əvvəl qeyri-rəsmi məlumatlara görə, bildirilirdi ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkonun Beynəlxalq Məsələlər üzrə Müşavirlər Şurasının sədri təyin edilib.

Qeyd edək ki, M.Saakaşvili 2013-cü ilin noyabrında ölkənin yeni prezidenti Georgi Marqvelaşvili vəzifəsinin icrasına başlayandan sonra Gürcüstanı tərk edib. Gürcüstan Baş Prokurorluğu bir neçə cinayət işi, həmçinin təxminən beş milyon dollar dövlət vəsaitinin şəxsi ehtiyaclar üçün xərclənməsi haqqında ittihamı sabiq prezidentə qiyabi təqdim edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler