» » Deputat xanımının apteki qarət olundu- Bakıda

Deputat xanımının apteki qarət olundu- Bakıda

Bölmə: BLOK XƏBƏR, MANŞET
Deputat xanımının apteki qarət olundu- Bakıda
Bir neçə gün öncə silahlı şəxs tərəfindən qarət edilən və 280 manat oğurlanan aptekin sahibinin kimliyi haqda maraqlı məlumat əldə etmişik.


“qafqazinfo”nun verdiyi xəbərə görə, məlum olub ki, sözügedən aptekin sahibi millət vəkili İlyas İsmayılovun həyat yoldaşı Zəkəriyyə İsmayılovadır.

Deputat İlyas İsmayılov "Qafqazinfo"ya açıqlamasında məlumatı təsdiqləyərək bildirib ki, hadisədən şikayətçi olublar və oğurluq edən şəxs tutulub: "Şikayət etdik, həmin şəxs tutulub. Burada sensasiya axtarılacaq bir şey yoxdur".

Qeyd edək ki, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsi və Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə zamanı aptekdə olan Zəkəriyyə İsmayılovaya və Almaz Əmirovaya qarşı quldurluq edən 1986-ci il təvəllüdlü Röyal Məmmədov müəyyən edilərək saxlanılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler