» » Ziya Məmmədovun ətrafında müəmmalı yerdəyişmə

Ziya Məmmədovun ətrafında müəmmalı yerdəyişmə

Bölmə: BLOK XƏBƏR, MANŞET
Ziya Məmmədovun ətrafında müəmmalı yerdəyişmə
Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov tutduğu vəzifədən azad edilib. Onun yerinə “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanov təyin edilib. Arif Əsgərov isə nəqliyyat naziri Ziya Məmmədovun müavini vəzifəsinə təyinat alıb.


“Qafqazinfo” Azadlıq qəzetinə istinadən xəbər verir ki, bu Ziya Məmmədovun komandasında ikinci yerdəyişmə əməliyyatıdır. Bundan əvvəl ölkə başçısı nəqliyyat nazirinin nəzarətində olan Quba, Göyçay və Ucarın igra başçılarının yerini dəyişib. Ilham Əliyevin sərəncamına əsasən Qubanın icra başçısı Mübariz Ağayev Göyçaya, Göyçayın icra başçısı Mənsur Məmmədov Ucara, Ucarın icra başçısı Yaşar Məmmədov isə Qubaya icra başçısı təyin edilib.

Yeni təyinatlarla gəlincə, qeyd edək ki, Arif Əsgərov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Ziya Məmmədov üçün başağrısına çevrilmişdi. Dəmiryolçuların etirazları nəqliyyat nazirini hansısa addımlar atmağa məcbur etmişdi. Lakin Ziya Məmmədov yaxın adamı olan Arif Əsgərovu güdaza verməklə probelmi həll etmək istəmirdi. Ziya Məmmədov ən optimal variant kimi Arif Əsgərovun yerini dəyişməyi məqsədəuyğun sayıb. Görünür, nəqliyyat naziri hesab edir ki, bu addımla dəmiryolçuların etirazlarını bir qədər yumşalda bilər. Hər halda onların etiraz etdiyi adam artıq “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri deyil.

Cavid Qurbanovun təyinatına gəlincə, “Azəryolservis”in artıq keçmiş sədri ilə Ziya Məmmədov arasında münasibətlər o qədər də ürəkaçan deyildi. Hakim ailə ilə yaxınlığı olan Cavid Qurbanov nazirlə hesablaşmırdı. O, “Azəryolsevris”i müstəqil quruma çevirmək istəyirdi. Ziya Məmmədov isə bununla razı ola bilməzdi. Lakin Cavid Qurbanovu da “vurmaq” iqtidarında deyildi. Ehtimal etmək olar ki, nəqliyyat naziri Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” QSC-yə sədr gətirilməsinə razılıq verməyi optimal variant kimi seçib. Onsuz da Ziya Məmmədovun bu dəmiryolundan o qədər də gəlir götürə bilmirdi. Bunun səbəbləri başqa bir mövzudur. “Azəryolservis”ə gəlincə, Ziya Məmmədovun bu qurumu əldə saxlayacağı şübhəsizdir. Nazir hələ Cavid Qurbanovla münasibətləri soyuyanda ora öz adamlarını yerləşdirməyi bacarıb. Bundan başqa bir müddət əvvəl Ziya Məmmədova yaxınlığı ilə seçilən şəxslərdən ibarət komissiya yaradılıb və həmin komissiya “Azəryolservis” işçilərinin attestasiyadan keçirməklə məşğul idi. Bu əslində Cavid Qurbanovun adamlarını “Azəryolservis”dən uzaqlaşdırmaq üçün düşünülmüş bir addım idi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler