» » İlham Əliyev bir sıra görüşlər keçirdi- Fotolar

İlham Əliyev bir sıra görüşlər keçirdi- Fotolar

Bölmə: BLOK XƏBƏR, MANŞET
 İlham Əliyev bir sıra görüşlər keçirdi- Fotolar

Prezident İlham Əliyevin Münhendə keçmiş Yuqoslaviya Makedoniya Respublikasının prezidenti George İvanov ilə görüşü olub.

ans press-in məlumatına görə, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Enerji, gömrük, mədəniyyət, idman və digər sahələrdə əməkdaşlığın genişlənməsi üçün yaxşı perspektivlərin olduğu vurğulandı. Bu ilin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarının əhəmiyyəti qeyd olundu.

Söhbət zamanı əlaqələrimizin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.
Prezident İlham Əliyev Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçiç ilə də görüşüb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulandı, xalqlarımız arasında dostluq münasibətlərinin əlaqələrimizin inkişafına öz töhfəsini verdiyi qeyd edildi. Azərbaycanın Serbiya iqtisadiyyatında, o cümlədən bu ölkədə yol inşası sahəsində uğurla iştirak etdiyi diqqətə çatdırıldı. Bu görüşün əməkdaşlığımızın müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı perspektivlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı bildirildi.

Söhbət zamanı Azərbaycanın xarici ölkələrə fəal şəkildə sərmayə qoymasının əhəmiyyəti vurğulandı. Serbiya tərəfinin Azərbaycan şirkətlərinin bu ölkənin iqtisadiyyatının müxtəlif sahələrində iştirakının genişləndirilməsində maraqlı olduğu bildirildi.

Görüşdə energetika sahəsində əməkdaşlıq imkanlarının araşdırılmasının mümkünlüyü qeyd edildi, ölkələrimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.




İlham Əliyev Fransa Respublikasının müdafiə naziri Jan-İv Le Drian ilə də görüşüb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu. Əlaqələrimizin son illərdə müxtəlif sahələr üzrə intensiv inkişaf etdiyi bildirildi. Bu əməkdaşlığın nəticəsi olaraq ötən il Azərbaycanın ikinci peykinin istismara verilməsinin əhəmiyyəti vurğulandı.

Söhbət zamanı Azərbaycan və Fransa prezidentlərinin qarşılıqlı səfərlərinin ölkələrimiz arasında əlaqələrin inkişafına, əməkdaşlığın yeni sahələrinin müəyyən olunmasına təkan verdiyi diqqətə çatdırıldı. Əlaqələrimizin müdafiə sənayesi sahəsində də genişləndiyi bildirilib.



Prezident Avropa Şurasının baş katibi Torbyorn Yaqland ilə görüşüb.

Görüşdə Azərbaycanda gedən demokratik proseslər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.
 İlham Əliyev bir sıra görüşlər keçirdi- Fotolar
 İlham Əliyev bir sıra görüşlər keçirdi- Fotolar
 İlham Əliyev bir sıra görüşlər keçirdi- Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler